MFL Azərbaycanın həvəskar futbol komandaları arasında 10 000 manatlıq çempionat keçirəcək - FOTO - Video
Idman / Video
Oxunub: 834
16 sen 2016 | 09:17
MFL Azərbaycanın həvəskar futbol komandaları arasında 10 000 manatlıq çempionat keçirəcək - FOTO - Video







MFL Liqası qısa müddətli fasilədən sonra Azərbaycanın müxtəlif guşələrindən olan həvəskar futbol komandaları ilə yarışmaq üçün yenidən futbol həvəskarlarını meydanlara dəvət edir.

“Report”un məlumatına görə, keçən yay müddətində artıq iki kubok turnirini keçirməklə yadda qalan MFL çoxdandır gözlənilən və bir neçə ay davam edəcək çempionata start verir.

Turnir gələn il 26 sentyabr – 17 iyun tarixlərində baş tutacaq.

Xatırlatmaq yerinə düşər ki, daha öncə keçirilən “Avro-2016” və “San Marino” kuboklarının qalibləri müvafiq olaraq Fransada keçirilmiş Avropa Çempionatının yarımfinal oyunu olan Uels – Portuqaliya matçını və AFFA-nın dəstəyi ilə milli yığmamızla birlikdə Azərbaycan - San Marino oyununu izləməyə gediblər. Bütün xərclər turnirin təşkilatçıları tərəfindən qarşılanıb.

Yeni turnir əvvəlki turnirlərdən formatına və keçirilmə müddətinə görə fərqlənir.

Komandalar hər birində 20 komanda olmaqla 4 konferensiyada mübarizə aparacaqlar. Onlar bir neçə ay müddətində play-off mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaqlar, 1/8 final mərhələsindən başlayaraq isə 16 ən güclü komanda birinci yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, MFL Liqası yalnız həvəskar futbolçular üçün nəzərdə tutulub. Peşəkar futbolçuların turnirdə iştirakına icazə verilmir.

Turnirdə iştirak etmək istəyən həvəskar komandalar 7-22 sentyabr tarixlərində www.mfl.az saytında qeydiyyatdan keçə bilərlər.

Orada, eləcə də MFL-in rəsmi Facebook səhifəsində çempionatın bütün qaydaları ilə tanış ola bilərsiniz.

Ətraflı məlumat almaq üçün müraciət edin:

Telefon: (+994) 055 263 73 12

E-mail: info@sportmarketing.az

Turnir iştirakçılarını nə gözləyir?

Turnirin təşkilatçısı qeyd edir ki, birinci yerin qalibi əsas mükafatı – 10 000 manatı əldə edəcək.

Bundan əlavə, MFL Liqasında qalib komanda ölkəmizi Barselonada həvəskar komandalar arasında keçiriləcək çempionatda təmsil edəcək. Bütün xərcləri MFL qarşılayacaq.

Eləcə də, il boyu “MFL Liqa”sı iştirakçıları arasında yerli və əcnəbi futbol ulduzları ilə görüş keçiriləcək.

Həmçinin, 4-cü konferensiyalardan hər bir ən güclü komandalar müxtəlif qiymətli hədiyyələr qazanacaq. Bu haqda məlumatlar yaxın günlərdə diqqətinizə çatdırılacaq.

Bir sözlə, futbol həvəskarları üçün istər Vətəndə, istərsə də ölkədən kənarda rəqiblərinə öz imkanları göstərmək üçün bundan yaxşı hədiyyə ola bilərmi?

MFL Liqası məhz bu imkanları istənilən kəsə təqdim edir!

Qeyd edək ki, liqada iştirak etmək üçün komandalar 1000 AZN (bütün komandaya) təşkil edir.

Bununla yanaşı, brend və şirkətlərin adını daşıyan komandalar (məsələn: bank və ya şəbəkə operatoru və s.) 2000 AZN rüsum ödəməlidir və ya komandanın adı dəyişməlidir.

Xüsusi olaraq qeyd edirik ki, qeydiyyat rüsümu oyunlar üçün futbol meydanların icarəsini, hakimlərin xidmətini, eləcə də tibbi heyətin ödənişini özündə daşıyır.

Liqanın oyunları zamanı foto və video çəkilişlər həyata keçiriləcək, nəticə və statistika isə MFL-in saytında, eləcə də digər xəbər resurslarında və sosial şəbəkələrdə yerləşdiriləcək.

Xatırladaq ki, Mini Futbol Liqasının təşkilatçısı SMG (Sport Marketing Group) şirkətidir.

Ətraflı məlumat üçün:MFL çempionatına ev sahibliyini Bakı Olimpiya Stadionunda yerləşən Sportster kompleks həyata keçirir. Liqa AFFA-nın dəstəyi ilə baş tutacaq.
(+994) 055 263-73-12
info@sportmarketing.az


Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE