“Qarabağ” qrupdan necə çıxır?
Idman
Oxunub: 1 115
25 noy 2016 | 05:35
“Qarabağ” qrupdan necə çıxır?









Avropa Liqasının qrup mərhələsinin V turunun səfər oyununda "Slovan”a 0:3 hesabı ilə uduzan "Qarabağ”ın 1/16 finala yüksəlib-yüksəlməyəcəyinə son tur aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin mübarizə apardığı J qrupunda ilk iki pillənin sahibləri dekabrın 8-də bəlli olacaq.

VI tur öncəsi bütün komandaların həm mərhələ keçmək şansları var, həm də qrupda qalmaq təhlükəsi. Belə vəziyyətin yaranmasına Çexiyadakı darmadağınla yanaşı, İtaliyada sensasiyanın qeydə alınması səbəb olub. Yunanıstan PAOK-unun "Fiorentina”nın meydanında 3:2 hesablı qələbə qazanması qrupdakı vəziyyəti qarışdırıb.

Son turda "Qarabağ” "Fiorentina”nı, PAOK isə "Slovan”ı qəbul edəcək. İtaliya təmsilçisi 10 xalla lider kimi ölkəmizə gəlsə də, qrupda da qala bilər. "Qarabağ”la PAOK-un mübarizəsi isə son anadək davam edəcək. Çexiya klubu isə hadisələrin uğurlu axarına ümid edir.

Riyazi hesablamalar göstərir ki, son turda 9 nəticə variantı mümkündü. Bu variantların hamısını nəzərdən keçirək.

"Qarabağ” qalib gəlir, PAOK da qələbə qazanır

Bu vəziyyətdə "Slovan” 4 xalla sonuncu pillədə qalır. Digər 3 komandanın 10 xalı olur. Şəxsi oyunlara, 3 komanda arasında turnir cədvəlinə görə "Qarabağ” 9 xalla 1-ci yerlə 1/16 finala yüksəlir. "Fiorentina” və PAOK 4 xala malik olsa da, italiyalıların top fərqi onları 2-ci edir. Yalnız Bakıdakı 6 top fərqli məğlubiyyət onların yolunu kəsə bilər. Bu, inandırıcı olmadığından Florensiya klubunu 1/16 finalda saymaq olar.

"Qarabağ” qalib gəlir, PAOK heç-heçə edir və ya "Qarabağ” qalib gəlir, PAOK məğlub olur

Bu iki variant ciddi şəkildə fərqlənmir. Hər ikisində "Qarabağ” və "Fiorentina” mərhələ adlayır. Yalnız 1-ci yerin taleyi Bakıdakı top fərqindən asılıdı. Ağdamlılar 4 top fərqi ilə qalib gəlsə və qol buraxmasa, ya da daha çox fərqə sevinsə 1-ci olacaq.

"Qarabağ” heç-heçə edir, PAOK qələbə qazanır

Bu halda "Fiorentina” 11 xalla 1-ci, PAOK isə 10 xalla 2-ci olur. 8 xalı olan Qurban Qurbanovun yetirmələri isə qrupda qalır.

"Qarabağ” da heç-heçə edir, PAOK da

Bu halda "Fiorentina” yenə 11 xalla 1-ci olur. Eyni – 8 xala malik PAOK və "Qarabağ”ın şəxsi oyunlarında üstün olan ağdamlılar 2-ci yerlə 1/16 finala yüksəlir.

"Qarabağ” heç-heçə edir, PAOK məğlub olur

Bu halda "Fiorentina” 11 xalla 1-ci, "Qarabağ” 8 xalla 2-ci olur. Digər iki komanda 7 xalla öz aralarındakı şəxsi oyunlara əsasən mənasız 3-cü yerin sahibini müəyyənləşdirir.

"Qarabağ” uduzur, PAOK qələbə qazanır

13 xal toplayan "Fiorentina” 1-ci olur. PAOK 10 xal topladığından "Qarabağ” mövsümü başa vurur.

"Qarabağ” uduzur, PAOK heç-heçə edir

13 xal toplayan "Fiorentina” 1-ci olur. PAOK 8 xalla 2-ci yerin sahibi kimi mərhələ adlayır. 7 xal "Qarabağ”a bunun üçün kifayət etmir.

"Qarabağ” uduzur, PAOK məğlub olur

"Fiorentina” 13 xalla 1-ci yeri tutur. Digər 3 komanda eyni sayda – 7 xal topladığından onlar arasında şəxsi oyunlar əsas götürülür. Bu halda "Slovan”la "Qarabağ” "üçlüy”ün oyunlarında 7, PAOK 1 xal qazanmış olur. Amma 3 komandalı cədvəldəki top fərqi çexiyalıları 1/16 finala daşıyır.

Göründüyü kimi 9 mümkün variantdan 5-i "Qarabağ”ın lehinədi. Qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq mərhələ keçəcək komandamız heç-heçəylə də istəyinə çata bilər. Amma bunun üçün PAOK-un evdə xal itirməsi (heç-heçə və ya məğlubiyyət) lazımdı.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO