Arif Əsədov: Bu fürsətlərin hamısını reallaşdırmaq mümkün olmur - MÜSAHİBƏ
Idman
Oxunub: 1 475
8 noy 2014 | 15:50
Arif Əsədov: Bu fürsətlərin hamısını reallaşdırmaq mümkün olmur - MÜSAHİBƏ"Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, çalışdırıcı milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən necə yararlanacaqlarına aydınlıq gətirib.

- İlk olaraq hazırlıqla bağlı məlumat verərdiniz

- Noyabrın 6-dan etibarən "Simurq"la oyunun hazırlığına start vermişik. İki həftəlik hazırlıq planımızı iki hissəyə bölmüşük. Birinci həftə əsasən fiziki hazırlıqlara üstünlük vermişik. İkinci həftə isə Simurq klubu ilə oyuna köklənəcəyik. O vaxta kimi milli komandalara çağırılmış futbolçularımız da qayıdacaqlar və tam heyətlə hazırlığımızı davam etdirəcəyik.

- Hazırlıqda komandanın bütün üzvlərinin olmaması problem yaratmır ki?

- Hər bir məşqçi istəyər ki, bütün kollektiv bir yerdə olsun. Bununla belə sevindirici haldır ki, "Neftçi"nin futbolçuları mütəmadi olaraq milli komandaların düşərgəsinə çağırılır. Təsadüfi deyil ki, ümumilikdə 9 futbolçumuz əsas və gənclərdən ibarət milli komandalara dəvət alıb. Biz çalışırıq ki, belə futbolçuların sayı daha artıq olsun. Əsas heyətin futbolçularının yoxluğundan istifadə edib əvəzedici komandadan futbolçuları hazırlığa cəlb etmişik. Bu onlar üçün yaranmış bir şansdır. Ötən ay da biz əvəzedici komandadan futbolçular dəvət etmişdik. Bu dəfə də onların sayı artıb. Rahil Məmmədov, Cavid Muxtarzadə, Orxan Qurbanlı, Aqşin Qurbanlı kimi gənc oyunçular bu gün bizimlə birlikdə məşq edir.

- Yoxlama oyunlarında bu futbolçulara şans verməyi düşünürsünüzmü?

- Təbii ki, onları çağırmışıqsa deməli şans da verməliyik. "Bakı" ilə keçirdiyimiz ilk yoxlama matçında da onlara güvənmişdik. Bu dəfə də gənclərin xidmətindən yararlanacağıq. Məqsədimiz odur ki, bu futbolçular təcrübə qazansınlar və əsas komandada möhkəmlənə bilsinlər. Əvəzedici komandanın məşqçiləri ilə mütəmadi əlaqə saxlayırıq və onlar bizi futbolçularla bağlı məlumatlandırırlar.

- Bu oyunçuları Neftçinin Premyer Liqa oyunlarında görə biləcəyikmi?

-Neftçi gənc futbolçuları yetişdirməklə yanaşı, Premyer Liqada da çempionluğa oynayan bir komandadır. Biz onlara şans verməklə yanaşı, yüksək yerlər uğrunda mübarizəmizi də davam etdiririk. Çalışmalıyıq ki, gənc futbolçuları həddən artıq yükləməyək. Gördüyünüz kimi, Emil Balayev artıq start heyətində möhkəmlənib. Gələcəkdə digər futbolçular da ona qoşulacaq.

- Fasilə bitdikdən sonra "Neftçi" sıx qrafiklə 4 ağır oyun keçirəcək və bu oyunların 3-ü səfər qarşılaşmasıdır.

- Doğurdan da qrafik sıx olacaq. Amma fasilədən öncə də biz bəzi oyunlarda əsas heyətin futbolçularına istirahət verdik və şərait yaratdıq ki, qüvvələr bərabər bölünsün. Yəni əvəzləmələrin köməyi ilə bu oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Əsas məqsədimiz odur ki, iki bərabər səviyyəli heyət yaradaq ki, belə vəziyyətdə problem yaranmasın.

- Son turlara qədər "Neftçi"nin müdafiə futbolu oynadığı deyilirdi. Amma son iki turda "Neftçi" 7 qol vurmaqla hücumdakı gücünü də göstərdi.

- Sağlam tənqidi normal qarşılayırıq. Neftçidə hücum potensialı olan güclü futbolçular var. Sadəcə xəttlərarası əlaqə yaratmaq lazım idi. Çalışırıq ki, komanda hücuma keçəndə müdafiədə boşluqlar yaranmasın. Gəldiyimiz ilk günlərdə müdafiədəki çatışmazlıqları aradan qaldırmağa çalışırdıq. Komanda 1 top fərqi ilə qalib gəldiyi oyunlarda da çoxlu qol imkanları yaradır, sadəcə bəzən bu fürsətlərin hamısını reallaşdırmaq mümkün olmur.

- Milli komandalarımıza çağırılan futbolçular arasında ilk dəfədir ki, Mirhüseyn Seyidovun da adı var. Mirhüseyn əvəzedici komandadan başlayaraq, sizin rəhbərliyiniz altında oynayıb. İndiki gənclər arasında əsas milliyə dəvət ala biləcək futbolçular görürsünüzmü?

- "Neftçi"yə gəldiyim ilk gün Seyidovla söhbətim oldu və ona bildirdim ki, öz üzərində bir qədər də çalışsa əsas milliyə dəvət ala bilər. Mirhüseynin böyük potensialı var. Düşünürəm ki, o bundan da yaxşı oynamaq gücündədir. Ondan başqa, yaxın gələcəkdə Ruslan Qurbanov, Samir Məsimov, Emin Mehtiyev də əsas yığmaya çağırıla bilərlər.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...