27-03-2017, 08:32 Oxunub: 388

Azərbaycan Almaniyaya böyük hesabla uduzdu - VİDEO

Azərbaycan Almaniyaya böyük hesabla uduzdu - VİDEO














Yığmamız bu gün "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, təmsilçimiz tarixində 5-ci dəfə Almaniya ilə üz-üzə gəlib.

Əvvəlki 4 oyunun hamısında seçməmizin “sükanı arxası”nda alman Berti Foqts 2006-cı ildən “bundestim”i çalışdıran Yoahim Lövlə münasibətlərinə aydınlıq gətirmiş və bütün qarşılaşmalar rəqibin qələbəsiylə yekunlaşmışdı.

Yer aldığımız C qrupunun lideri və favoritinin keçirdiyi 4 oyunda maksimum nəticəyə imza atması, 16 top vurmaqla yanaşı, qapısını toxunulmaz saxlaması onlardan xal almaq ehtimalımızı sıfıra endirirdi. Nəticə hər kəsin gözlədiyi kimi oldu. Millimizin rəqibindən nəyinki xal ala bilmədi, böyük hesablı yenilgiyə üzüldü - 4:1.

Qeyd edək ki, bundan əvvəl keçirdiyi 4 oyunda 16 qol vuran almanların qapılarını toxunulmaz saxlamışdılar. Onların seriyasını millimizin Almaniyanın "Aue" klubunda çıxış edən üzvü Dmitri Nazarov qırıb.

"DÇ-2018"
Seçmə mərhələ
C qrupu

26 mart
Azərbaycan - Almaniya 1:4
Qollar: Dmitri Nazarov, 31 - Andre Şkürrle, 19; 81. Tomas Müller, 36. Mario Qomez, 45.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Ramil Şeydayev, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Aqil Məmmədov, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Dəniz Yılmaz, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.
Almaniya: 12. Bernd Leno, 3. Conas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Andre Şkürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 23. Mario Qomez.
Ehtiyat oyunçular: 1. Kevin Trapp, 22. Mark-Andre ter Ştegen, 2. Şkodran Mustafi, 10. Məsut Özil, 14. Emre Can, 16. Antonio Rüdiqer, 17. Niklas Süle, 19. Leroy Sane, 20. Yulian Brandt, 21. Sebastian Rudi.
Baş məşqçi: Yoahim Löv.
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (İtaliya).
Komissar: Adrian İksari (Moldova).
Hakim-inspektor: Aleksey Spirin (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan Almaniyaya qarşı - Tarixi gün Azərbaycan Almaniyaya qarşı - Tarixi gün Idman "Azərbaycana qarşı amansız olacağıq" - Yoahim Löv Idman Almaniya yığması İtaliyaya penaltilər seriyasında qalib gəldi Almaniya yığması İtaliyaya penaltilər seriyasında qalib gəldi Idman Millimizin seksual sabiq üzvü lüt soyundu, karyerasını bitirdi FOTOLAR Millimizin seksual sabiq üzvü lüt soyundu, karyerasını bitirdi FOTOLAR Maraqli Pəhləvanlarımız almanların belini yerə vurdu Pəhləvanlarımız almanların belini yerə vurdu Idman