Millimizin baş məşqçisi bukmekerdə 10 min uduzdu - FOTOFAKT
Idman
Oxunub: 811
28 apr 2017 | 13:50
Millimizin baş məşqçisi bukmekerdə 10 min uduzdu - FOTOFAKT

















Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki maraqlı addımla diqqət mərkəzinə düşüb. Xorvatiyalı çalışdırıcı Serbiyada futbol oyunlarına pul qoyuluşu edib.

Belə ki, o, "Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnozlarını yazıb. Prosineçki Danimarka kubokunun "Vendsissel” – "Kopenhagen” (0:2) matçında qonaqların qələbə qazanacağını, Belçika çempionatının "Anderlext” – "Şarlerua” (0:1) görüşündə "üst” variantının gələcəyini, yəni minimum 3 qol vurulacağını ehtimal edib.


48 yaşlı mütəxəssis İspaniya La Liqasında "Sevilya” – "Selta” (2:1) oyununda ev sahiblərinin qələbə qazanmaq şansının üstün olduğunu qeyd edib. "Atletik” – "Betis” (2:1) matçında "üst” variantının gələcəyini düşünən Prosineçki İngiltərə çempionatında "Mançester Siti” – "Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki tərəfin qol vuracağını proqnozlaşdırıb.

Bu kupona 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi "Anderlext” – "Şarlerua” matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib.

///apasport.az
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar