Ramil Quliyevi təhdid ediblər: “Azərbaycana gəlsən həbs olunacaqsan”
Idman
Oxunub: 1 273
12 avq 2017 | 19:29
Ramil Quliyevi təhdid ediblər: “Azərbaycana gəlsən həbs olunacaqsan”












Londonda keçirilən dünya yüngül atletika çempionatında 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq Türkiyə adından sensasion qələbə qazanan azərbaycanlı atlet Ramil Quliyevi Azərbaycana qayıdacağı təqdirdə həbs etməklə hədələyiblər

Ulus.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ramil Quliyev “Hürriyyet” qəzetinin idman yazarı Fatih Saboviçlə söhbətində deyib.

Qəzet xatırladır ki, Ramil Quliyev Azərbaycanın məşhur atleti, 200 metr məsafəyə qaçış üzrə bir sıra nailiyyətlər qazanmış Eldar Quliyevin oğludur. Dünyada məşhur atlet Useyin Boltun 4 ildir dalbadal qazandığı dünya çempionu adını ondan alan azərbaycanlı atletin qələbəsi dünya mətbuatında geni rezonans doğurub. Ramil Quliyev “Hürriyet” yazarı ilə söhbətində vaxtilə atasının ona necə güc verdiyini danışıb.

“2007-ci il mayın 29-u idi. O günü tez-tez xatırlayıram. 17 yaşım tamam olurdu. Bakıda keçirilən Azərbaycan çempionatında 200 metr məsafəni 20.62 saniyəyə qaçmışdım. Yarışdan sonra atamla və məşqçimlə çay bağçasında oturduq. Atam mənə “Bu yaşında 21 saniyənin altına endin, hələ inanana bilmirəm. Bundan sonra limitin yox, hər şeyi bacara bilərsən, oğlum” dedi. Həmin an sanki dünyalar mənim olmuşdu. O gündən sonra həmişə bu anlardan və atamdan qüvvət aldım”, - Ramil Quliyev danışır.

Atlet 2010-cu ildə “Fənərbaxça” klubuna keçib, 2011-ci ildə Türkiyə vətəndaşlığına keçməyi qərara alıb. 2012-ci ildə Azərbaycanın idman naziri Azad Rəhimov Ramil Quliyevi “yüksək maddi tələblər irəli sürməkdə” ittiham etdi. Ramil isə Türkiyədəki atletizm həyacanı və imkanlar baxımından bu ölkəni seçdiyini bildirdi. Azərbaycanın adından çempionatlarda çıxış etmək istəmədi. “Həmin vaxt o, Azərbaycan vətəndaşlığından çıxarılma və Azərbaycana girərsə həbs olunma təhdidləri ilə qarşı-qarşıya qaldı. Azərbaycan İAAF-a müraciət edib 2013-cü ilin aprelinə qədər Ramilin başqa ölkə üçün yarışmasını əngəllədi”-“Hürriyet” yazarı bildirir.

Həmin tarixdən sonra atlet Türkiyə forması ilə yarışmağa başlayır...

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Ramil Quliyevi qələbə münasibətilə təbrik edib, onun qələbəsinin Türkiyə-Azərbaycan qardaşlığının daha bir bariz nümunəsi olduğunu bildirib.
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir