Futbolçumuzun avtomobili əlindən alındı: “Yol polisi məndən 500 manat istədi...”
Idman
Oxunub: 689
17 avq 2017 | 13:28
Futbolçumuzun avtomobili əlindən alındı: “Yol polisi məndən 500 manat istədi...”














Azərbaycanın tanınmış futbolçusu Rəşad Sadiqovun avtomobili əlindən alınaraq cərimə meydançasına aparılıb.

Bu barədə "AzPolitika.info”ya R.Sadiqov özü məlumat verib. Futbolçu bildirib ki, DYP əməkdaşları tərəfindən qanunsuz olaraq avtomobili cərimə meydançasına aparılıb, üstəgəl ondan pul tələb olunub.

Saytımıza müraciət edən R.Sadiqov bildirib: "Türkiyə səfirliyinin yaxınlığından keçirdim. 99-YP-445 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan yol polisi əməkdaşları mənə saxla əmri verdi və mən maşını sağa çəkərək əmrə tabe oldum. Mənə yaxınlaşan DYP əməkdaşının ilk sualı "maşında siqnal var?” oldu. "Yoxdu” cavabını aldıqdan sonra, maşını yoxlamağa başladı, yenidən mənə sual verdi ki, maşına əlavə avadanlıq quraşdırılıbmı. Mən yenidən yox cavabını verdim. Bundan sonra həmin yol polisi göstərişin "yuxarıdan” gəldiyini, onlarlıq bir şeyin olmadığını və maşını dayanacağa aparacağını bildirdi. Mən də qarşılığında onlara avtomobilin mənim əmlakım olduğunu xatırladıb, "yuxarı” deyəndə kimi nəzərdə tutduğunu soruşdum. Əgər maşın içəri getməlidirsə bunun bir açıqlaması, səbəbi olub-olmadığını, mülkümü əlimdən alıb məni piyada yola salmağın qanunsuz olduğunu, "siqnal dediniz yoxdu, əlavə avadanlıq dediniz yoxdu, bəs mənim maşınımı niyə aparırsız dayanacağa?”, deyə etiraz etdim. Həmin yol polisi əməkdaşı bir daha mənə göstərişin "yuxarıdan” olduğunu bildirdi. Avtomobilimi, öz şəxsi əmlakımı həmin yol polislərinə verib, taksi ilə evə getdim”.

R.Sadiqov bildirir ki, səhəri gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib. "Bizim işə 18-ci otaqda baxılacağını bildirdilər. Daxil olduq deyilən otağa, bizi polis mayoru Qafarov Cavad qarşıladı. Yuxarıda qeyd etdiyim sualların hamısını həmin polis mayoruna ünvanladım və yenidən maşınıma niyə əl qoyulduğunu soruşdum. C.Qafarov sənədləri yoxladıqdan sonra, mənə maşının saxlanılması üçün heç bir səbəbin olmadığını bildirdi. Çünki ödənilməmiş cəriməm yox idi. Və mən yenidən sual etdim ki, səbəbini kimsə açılayacaqmı ki, mənim maşınım niyə dayanacağa aparılıb. Bundan sonra C.Qafarov inspektorlara göstəriş verdi ki, "gedin maşının "qluşitel”ini yoxlayın”. Getdik dayanacağa, maşın yoxlanıldı və səsin normadan biraz artıq olduğu bildirildi. Bunlara bildirdim ki, maşını zavod bu şəkildə istehsal edib, yenicə qeydiyyatdan keçirmişəm, əgər belə idisə niyə qeydiyyatdan keçiriblər”. Ünvanladığım bu sualların heç birinə cavab verilmədi”.

Bundan sonra R.Sadiqov yenidən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə qayıdıb. Mayor Cavad Qafarov "obed”ə getdiyini bildirib, qayıtdıqdan sonra bu işlə məşğul olacağını deyib. "Bir neçə saat gözlədikdən sonra yenidən otağa daxil olduq. Mayor bizi qəbul etmədi, köməkçisi isə bizə maşının cəriməsinin 500 manat olduğunu bildirdi: "Maşının səsi artıq olduğuna görə cəriməsi 500 manatdır. 500 manat verin, kağız yazım verim, gedin maşını çıxarın”. Bunun qanunsuz olduğunu, əgər həqiqətən 500 manatlıq cəriməsi varsa bunu qanuni yolla alınmasını, yəni protokol tərtib edilməsini istədim. Əgər protokol tərtib edilməsə, məhkəməyə baş vuracağımı bildirdim. Həmin serjant "gedin verin məhkəməyə” dedi. Nə protokol tərtib edən oldu, nə də bizim şikayətimizə baxan. DİN-in 102 qaynar xəttinə 2 dəfə zəng vurmuşam, heç bir xəbər yoxdu”.
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb