Rəşad Sadıqov: Fasilədə Qurban Qurbanov dedi ki…
Idman
Oxunub: 3 301
24 avq 2017 | 11:40
Rəşad Sadıqov: Fasilədə Qurban Qurbanov dedi ki…














“Kopenhagen”i sıradan çıxararaq Çempionlar Liqasında qrup mərhələsinə yüksələn “Qarabağ” bu gün səhər saatlarında Bakıya çatıb.

Oxu.Az futbol11.az-a istinadən xəbər verir ki, komandanı hava limanında xeyli azarkeş və jurnalist qarşılayıb. Komandanın kapitanı Rəşad Sadıqov matçla bağlı sualları cavablandırıb:

– Çətin oyun oldu. Rəqib son dəqiqəyə kimi əlindən gələni etdi ki, mərhələni adlasın. Təcrübəli komandadır. Son ana kimi mübariz apardıq. Sevinirik ki, mərhələ adlayan tərəf biz olduq.

– Bütün azarkeşlər səhərə kimi yatmayıb, qələbəni bayram edib. Onlara nə sözünüz var?

– Hamıya təşəkkür edirəm. Hər kəs bunu istəyirdi. Neçə illərdir buna doğru gedirdik. Çox sevinirik ki, bu il istəyimizə çatdıq. Yadınızdadır, ötən mövsüm ÇL-i necə üzücü şəkildə tərk etdik. Bu il də hazırlıq dövründə məğlubiyyətlərimiz olurdu. Hətta insanlarda bizə qarşı inamsızlıq da yaranmışdı. Amma ilk gündən nəyəsə nail olmaq üçün nə əziyyət çəkəcəyimizi bilirdik. Düşündüyümüz transferlər alınmadı. Qurban müəllimi bir daha təbrik edirəm. Transfersiz, bu qədər çətinliklərə baxmayaraq, hansı ki, çoxlu zədəlilərimiz oldu, milliyə xeyli futbolçu cəlb edildi, xeyli ağır proseslərdən keçdik.

Bəzi şeylər var ki, kənardan görünmür. Dünənki matçda Qurban müəllim bir neçə dəfə oyun sistemini dəyişdi. Belə qarşılaşmalarda nəyisə dəyişmək böyük riskdir. İlk yarıda məğlub olmağımıza baxmayaraq, fasilədə bizə çox yaxşı çıxış etdiyimizi bildirdi. Bizə mərhələni keçəcəyimizi və inandığını dedi. Bütün xalqımızı təbrik edirəm. “Qarabağ” təkcə bizim yox, xalqın komandasıdır. Hansı komandanı təmsil etdiyimizi bilirik, son damla qanımıza görə mübarizə apardıq ki, arzumuza çataq.

– Bu gün püşk atılacaq. Qarşılaşmaq istədiyiniz rəqib varmı?

– İndiyə kimi püşkdə xüsusi istədiyimiz komanda olmayıb, heç kimdən çəkinməmişik.

– “İnter”lə 3 il əvvəlki matçda Zelinkanın səhvindən sonra demişdiniz ki, “bir də əlimizə bu cür şans düşəcək, ya yox, bilmirəm”. Dünən qələbədən sonra nə düşünürdünüz?

– Yolda çox şey haqqında danışmışıq. 5 saat biz də yatmamışıq. “Rusenborq”la səfərdə 0:0 hesablı heç-heçədən sonra bizi təbrik edirdilər. Amma bu gün ÇL-in qruplarındayıq.Növbəti mövsüm reqlamentdə dəyişikliklər ediləcək, belə olan halda vəsiqə qazanmaq da çox çətin olacaq. Başa düşürdük ki, belə fürsəti bir də əldə etməyə bilərik. Əlimizdən gələni etdik ki, bu il istəyimizə nail olaq.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ