Rövnəq Abdullayev: "Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq"
Idman
Oxunub: 647
5 sen 2017 | 10:32
Rövnəq Abdullayev: "Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq"














AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının San Marinoya 5:1 hesabı ilə qalib gəldiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- Yaxşı oynadılar. Meydanda yaxşı komanda var idi, yaxşı da hazırlaşmışdılar. Bu qələbə sayəsində komandamız Norveçlə oyundan sonra azarkeşləri sevindirdi.

- Milli komandanın 5 qol vurması sizin üçün gözlənilməz olmadı?

- Norveçə uduzandan sonra futbolçulara demişdim ki, 3-dən az vursanız, Azərbaycana gəlməyin. Məncə, 5 qol Azərbaycan millisi üçün rekord göstəricidir. Həm də ilk dəfə seçmə mərhələlərdə 10 xal topladıq. Bu da ikinci hadisədir. Növbəti mərhələ şanslarını itirsək də, qrupun sonuncusu da olmayacağıq.

- Qazonun durumu ilə bağlı nə deyə bilərsiniz?

- Deməzdim ki, bərbad idi. Bu istidə adam da yanır. Normal vəziyyətdədir. Hava sərinləyəndən sonra ot örtüyü də tam qaydasına düşəcək.

- Millinin çıxışı ürəyinizcə oldu, yoxsa daha yaxşı oyun gözləyirdiniz?

- Hamı istəyir ki, milli komanda irəli getsin. "Qarabağ" Çempionlar Liqasının qrupuna düşməklə bizi xeyli sevindirdi. İstərdik ki, milli komanda da yüksək səviyyədə oynasın. Biz də bundan ötrü əlimizdən gələni edir, həm klublara, həm də milliyə köməklik göstəririk. Çalışırıq ki, onlar da azarkeşləri sevindirsinlər.

- Buraxılan 1 qol ən böyük fərqli qalibiyyətə mane oldu. Buna üzülmədiniz?

- Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq.

- Milli komanda 10 xal toplamaqla rekorda imza atdı.

- Gəlin, rekordlara çox da diqqət yönəltməyək. Normal bir şeydir. Futbolçuları çox da tərifləməyək. Çünki onlar orbitdən çıxdıqdan sonra özlərini yığa bilmirlər. Hələ qarşıda Slovakiya ilə çox ağır oyun var. Çalışıb burda nəticə göstərməliyik. Norveçlə oyuna motivasiyalı çıxmışdılar. Çox arxayın idik. Amma alınmadı. Ona görə də gəlin, gözləyək, seçmə mərhələ qurtarsın. Sonra da analiz edərik. Qarşıda 2020-ci il Avropa çempionatının seçmə mərhələsi var. 4 oyun Bakıda keçiriləcək. Çalışacağıq ki, necə olursa-olsun, komandamızı gücləndirək və final mərhələsində biz də iştirak edək. Ehtiyat heyətimiz böyükdür. İndiyədək skamyada bu qədər futbolçu oturmayıb. Onlar həm də cavandırlar. Bu, çox sevindirici haldır və bizə imkan verir ki, oyunlara motivasiya ilə çıxaq.

- Sizcə, AVRO-2020-yə Millətlər Liqasından, yoxsa seçmə mərhələdən vəsiqə qazanmaq əlverişli olar?

- Hələlik səbətlər müəyyənləşsin, görək necə olar. (Report)
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub