““Qarabağ”da Mahirdən də təhlükəli oyunçular var” - “Roma”nın baş məşqçisi
Idman
Oxunub: 692
27 sen 2017 | 00:55
““Qarabağ”da Mahirdən də təhlükəli oyunçular var” - “Roma”nın baş məşqçisi














Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Qarabağ”la qarşılaşacaq "Roma”nın baş məşqçisi Eysebio Di Françesko oyundan öncə mətbuat konfransı təşkil edib.

Azerinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, italyan mütəxəssis birbaşa sualları cavablandırıb.

- Hər rəqibə qarşı fərqli heyətdən istifadə edirsiz?

- Xeyr. Sadəcə, biz hamıya şans verməyə çalışırıq. Ancaq bu vaxt rəqibin kimliyinə fikir vermirik. Sadəcə, kim hazırdısa, ona da şans veririk. Mənim "Qarabağ”a çox böyük hörmətim var. Bu komandanın tarixinə hörmətlə yanaşıram. Onlarla digər rəqiblərimiz arasında fərq görmürəm.

- El Şaravi yenidən meydana qayıdıb...

- Onun zədəsi çox uzun çəkdi. Ancaq hazırda tam hazırdı. Hazırda heyətdə onu əvəz edə biləcək yetərincə oyunçu var. Florensi, Perrotti onu tam əvəz edə bilər.

- İtaliya klublarının Çempionlar Liqası üçün təkmilləşmədikləri deyilir. Bu barədə nə deyə bilərsiz?

- Bu fikirlə razı deyiləm. Biz İspaniya, İngiltərə kimi ölkələrin klublarına qarşı normal oyunlar keçirmişik. Düşünmürəm ki, bu, keçdiyimiz məşqlərlə bağlıdı. Bunun başqa səbəbi olmalıdı.

- "Roma”nı qarşıda çətin oyunlar gözləyir. Həmin oyunları nəzərə alaraq, "Qarabağ”a qarşı matçda güzəşt etmək fikriniz var?

- Bizi çətin oyunlar gözləyir. Bilirik ki, texniki cəhətdən "Qarabağ”dan üstünlüklərimiz çoxdu. Lakin biz ancaq qələbə barədə düşünürük. Rəqiblərimizə qəddar oluruq. Heç bir komandaya güzəşt etmək barədə düşünmürük. Hər bir oyun bizim üçün vacibdi.

- "Roma”nın icraçı direktoru Umberto Qandini "Qarabağ”ın hücumçusu Mahir Mədətovu izləyəcəklərini demişdi. Siz bu barədə nə deyə bilərsiz?

- (Mahirin adını tərcüməçi ilə dəqiqləşdirdikdən sonra cavab verdi) Çox maraqlı oyunçudu. Onu uzaqdan zərbələri ilə tanımışıq. Ancaq bizim üçün sabahkı matçda qalib gəlmək daha əsasdı. Lakin "Qarabağ”da ondan daha təhlükəli oyunçular var. Onlar da bizi maraqlandırır.

- Qrequar Defrel 3 oyunda çıxış etdi, daha sonra isə ona şans vermədiz. Bunun səbəbi nədi?

- Mən bu oyunçunu hamıdan yaxşı tanıyıram. Mənim üçün xüsusi futbolçudu. Ona şans vermirəmsə, bu o demək deyil ki, ona daha şans verməyəcəm. Öz üzərində bir az daha çalışmalıdı. Sonda baş məşqçi mətbuat konfransına gecikdikləri üçün jurnalistlərdən üzr istədi.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"