"Çelsi"nin baş məşqçisi: "Hakim gərək oyunu bitərəf idarə etsin"
Idman
Oxunub: 667
23 noy 2017 | 00:15
"Çelsi"nin baş məşqçisi: "Hakim gərək oyunu bitərəf idarə etsin"














Komandamın oyunundan məmnunam". Bu sözləri "Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”ın qonağı olan London klubu 4:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis bu fikirləri səsləndirib: "Növbəti mərhələyə vəsiqə qazanıq. "Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rotasiyalar etmək imkanı yaradacaq”.

- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?

- Mənə görə, həmin vəziyyətlər haqda danışmaq çətindi. Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdı. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdı.

- Villianın çıxışından razı qaldınızmı?

- Mən adətən komanda haqda danışmağa üstünlük verirəm. Bu gün də rotasiya tətbiq edə bildim. Meydana çıxan oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Villianın 2 qol vurması özünəinam hissini bərpa etməsi üçün yaxşı haldı.

- "Qarabağ” azarkeşlərinin xoreoqrafiyasından nə başa düşdünüz?

- Futbolçular üçün bu cür atmosferdə oynamaq xoş haldı. Hiss olunur ki, futbola böyük həvəs var. Futbol ölkənizdə inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdı. Həm "Qarabağ”, həm də Azərbaycan futbolu üçün belə şeylər vacibdi. Eyni zamanda, öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm.

- Londondakı matçla müqayisədə bu gün "Qarabağ”ın oyununda hər hansı dəyişiklik hiss etdinizmi?

- "Qarabağ” ilk oyunda da özünü yaxşı təşkil olunmuş komanda kimi göstərmişdi. Məşqçi işi görünür. "Qarabağ”ın yaxşı baş məşqçisi var. Komanda öz oyun tərzinə malikdi. Bu gün 10 nəfərlə qaldıqdan sonra da "Qarabağ” təşkilatlanmış oyun göstərdi. Buna görə həmkarıma təşəkkür edirəm.

- "Atletiko”ya səfərdə qalib gəldikdən sonra çempionat matçında uduzmuşdunuz. Bu dəfə də eyni hal təkrarlana bilərmi?

- İngiltərə Premyer Liqası çox çətin çempionatdı. 6 komanda çempionluq uğrunda oynayır. Şikayət etmək istəmirəm. Amma Londona çatmaq üçün 5 saat yarımlıq yol gedəcəyik. Bu isə futbolçuları yoracaq. Özümüzə "Liverpul”la matçda qeydə alına biləcək uğursuz nəticə üçün bəraət qazandırmaq istəmirəm. Amma bu məsələyə fikir verilməlidi

- "Liverpul” dünən "Sevilya” ilə 3:3 hesablı heç-heçə etdi. Bu görüşü izlədinizmi?

- İzlədim. "Liverpul” ilk hissədə "Sevilya”ya 3 qol vurdu. İkinci hissədə baş verənləri izah etmək isə çətindi. Futbol buna görə də qəribə oyundu. Onlarla oyunda da müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

///Apasport.az
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ