“Şehiç namaz qıldığı üçün səhər saat 4-ə qədər yatmır" - Jezniçak
Idman
Oxunub: 570
18 dek 2017 | 16:17
“Şehiç namaz qıldığı üçün səhər saat 4-ə qədər yatmır" - Jezniçak













"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına geniş müsahibə verib.

AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu müxtəlif məqamlara toxunub, maraqlı fikirlər səsləndirib.

- Təxminən yarım ildi Bakıda yaşayırsız. Azərbaycanın paytaxtındakı həyat necədi?
- Klubumu və yaşayış yerimi dəyişmək əla qərar idi. Məhz bunun sayəsində Çempionlar Liqasının qrupunda oynadım. Amma idman tərəfindən baxmayanda da bu qərar xeyrimə oldu. Çünki yeni insanlar, ölkə və mədəniyyətlə qarşılaşdım. Burda xoş həyat hökm sürür.

- Polşada hələ də çoxu Azərbaycanı "üçüncü dünya" kimi qəbul edir...
- Buraya gələnə qədər mən də pis fikirdə idim. Bəlkə də bu, gənclik illərimdə, konkret olaraq 2003-cü ildə Bakıda olmağımla bağlı idi və həmin vaxt hər şey tam fərqli görünürdü. Şəhər bu qədər inkişaf etməmişdi. İllər sonra gəlib, bu qədər dəyişikliyi görəndə təəccübləndim. Təbii ki, bu qədər dəyişiklik ilk növbədə neftin hesabına olub. Azərbaycanlılar xaricilərə qarşı dostcanlıdılar. İngilis dilində də danışa bilərsiz, amma burda əcnəbi dillər arasında rus dili dominantlıq edir. Buna görə də yeni ildən bu dili öyrənməyə başlayacam. Azərbaycanın özəlliklərini öyrənmək istərdim. Buranın havası əladı. Bakıya iyulda gəlmişdim, ilk yağışı isə sentyabrın sonunda gördüm. Hazırda temperaturu +10 dərəcənin ətrafında dəyişir. Qar yağmır və mən əsl Polşa qışını burda yaşamıram. Digər əcnəbilər kimi, mən də yeməklərdən narazı deyiləm. Bakıda çoxlu Avropa restoranları var və hər kəs istədiyi yeməyi tapa bilər.

- Bakının mərkəzində, Xəzər dənizinə baxan mənzərəli yerdə yaşayırsız. "Yagelloniya" və "Visla"nın sabiq futbolçuları Dani Kintana ilə Vild-Donald Gerrye isə qonşularınızdı...
- Komandamızın əcnəbi futbolçularının 90 faizi burda yaşayır. Qonşularımın sırasında "Qəbələ" və "Neftçi" klublarının legionerləri də var. Qaldığım binada restoranlar, mağazalar var. Bir sözlə, başqa harasa getməyə ehtiyac qalmır.

- Apreldə "Formula-1" pilotları pəncərənizin altında yarışacaqlar...
- Son vaxtlar Azərbaycanda voleybol üzrə Avropa çempionatı da təşkil edilib. Bakı, həmçinin 2019-cu ildə Avropa Liqasının finalına ev sahibliyi edəcək. Ondan 1 il sonra isə AVRO-2020-nin bir qrupunun oyunları burda keçiriləcək. Bəlkə həmin vaxt mən hələ də "Qarabağ"da oynayacam. Klubla il yarımlıq müqaviləm qalıb. Hələ hamı xoşbəxtdi və "Qarabağ"da daha bir neçə il qalacağımı istisna etmirəm.

- Bakıda kim sizə bələdçilik edir?
- İlk günlərdə Dani Kintana və onun polşalı həyat yoldaşına etibar edirdim. Onlar mənə ev tapmağa kömək etdilər, şəhəri gəzdirdilər. İbrahim Şehiç və Mahir Mədətovla da dostluq edirəm. Onlar həyat yoldaşım gələnə qədər məni tək buraxmadılar.

- Bakıda zənginlik olduğu kimi, kasıblıq da var...
- Mərkəzdə kasıblığı görmək olmur. Amma kənarlara gedəndə bununla rastlaşmaq mümkündü.

- Sizin kimi, həyat yoldaşınız da özünü xoşbəxt hiss edir?
- Mən "Qarabağ"a keçməklə bağlı qərar verəndə onunla məsləhətləşdim. Həyat yoldaşım
"Legiya"da məni lazımınca qiymətləndirmədiklərini və özümü yeni yerdə sınamalı olduğumu düşünürdü. Buna görə ona təşəkkür edirəm. Düzü, mən bir qədər tərəddüd edirdim. 13 il "Legiya"da oynadıqdan sonra belə bir qərar qəbul etmək mənə çətin idi. Edita modeldi və onun üçün Varşavada, yoxsa Bakıda yaşamağımızın fərqi yoxdu. O, burdan Türkiyə və ya Dubaya da gedə bilər. Həyat yoldaşım yanıma bir qədər gec gəldi. Buna görə də, ona Bakının gözəl yerlərini hələ göstərmək imkanım olmayıb.

- İşğal altında olan Ağdama səfər etmisizmi?
- Ermənistanla müharibəyə qədər "Qarabağ"ın orda öz bazası var idi. Amma dostlarım deyir ki, indi həmin yerlərə ziyan vurulub və oraya getmək təhlükəsiz deyil.

- Klub ədalətsizlik abidəsinə çevrilib. Dağlıq Qarabağ ətrafında gedən müharibə nəticəsində Ağdam işğal olunub, minlərlə insan ermənilər tərəfindən öldürülüb, təxminən 1 milyon adam isə qaçqın düşüb...
- Klubun yarandığı tarix hər imkanda vurğulanır. Bu, qürur mənbəyinə çevrilib. Sponsorumuz "Azərsun Holdinq"di və azarkeşlərimiz daha çox ağdamlılardı. Həmin regiondan olan komandanın hazırda Azərbaycanda ən yaxşı olması və ölkəni beynəlxalq arenada təmsil etməsi xoşdu.

- Azərbaycanın mədəniyyəti və adət-ənənəsini daha yaxşı öyrənməyə cəhd edirsizmi?
- İslam dini ilə maraqlanmağa başladım. Çünki bu bizim planımıza təsir edir. Bütün məşqlərimiz günorta və ya axşam keçirilir. Çünki müsəlmanlar gündə 5 dəfə, həmçinin gecə saat 3-4 radələrində də namaz qılırlar.

- Bu ritual sizi narahat etmir? Çünki komandanın müsəlman futbolçularından olan İbrahim Şehiçlə bazada eyni otaqda qalırsız...
- Xoşbəxtlikdən, mən çox ağır yatıram. İbrahim səhər saat 4-ə qədər yatmır, ya "PlayStation", yada kompüter oynayır. O, namaz qılıb, dua etdikdən sonra yatır. Günorta isə təxminən saat 1-də yuxudan oynayır. Buna görə də, Azərbaycanda oyun günü fərqlidi. Polşada bu, səhər yeməyindən start götürür. Azərbaycanda isə məşqdən və ya brifinqdən başlayır.

- Komanda yoldaşlarınızın sırasında 20 yaşında Azərbaycan yığmasında debüt edən Mahir Mədətov da var...
- Azərbaycan çempionatında tətbiq olunan limitə əsasən, hər komandanın start heyətində 5 yerli oyunçu yer almalı və onlardan biri 21 yaşadək futbolçu olmalıdı. Bizdə bu limitə düşən Mahir Mədətovdu. Amma onun üstünlüyü təkcə gənc olmasında deyil. Mahir çox perspektivli futbolçudu. Əgər kimsə ölkə xaricinə çıxmalıdısa, bu, o olmalıdı.

- Paltardəyişmə otağında yerli və əcnəbi futbolçular arasında fikir ayrılığı olurmu?
- Xeyr, əksinə əla atmosfer olur. Baş məşqçi Qurban Qurbanov hansısa konfliktə imkan verməz. O, ən vacib adamdı və klubda böyük avtoriteti var.

- Qurban Qurbanov bu baxımdan Stanislav Çerçesovu xatırladır?
- O, çox tələbkardı, nadir hallarda gülür. Qurbanov üçün intizam birinci yerdədi. Amma hələ Çerçesova çatmayıb. Məşqlərimiz elə də intensiv deyil. Yanvarda təlim-məşq toplanışını keçəndən sonra fikrimi dəyişib-dəyişməyəcəyimi görəcəyik (gülür). Maraqlıdı ki, Polşada toplanış 10 günlük olur. Biz isə yanvarın 9-dan fevralın 4-nə qədər hazırlıq keçəcəyik. Ümid edirəm ki, buna dözəcəm.

- Oyundan 2 gün əvvəl yığışırsız və matçdan dərhal sonra evə yox, bazaya qayıdırsız...
- Bütün bunlara baş məşqçi qərar verir. Polşada biz hazırlıq haqda 1 həftə öncədən bilirdik. Burda isə hər günün öz planı var. Avrokubok oyunları zamanı isə 2 gün əvvəldən toplaşırıq. Məşqlərdən sonra bizə sərhəd qoyulmur. Məşqdən sonra hamı istədiyini edə - kofe içə, "Playstation" oynaya və ya matça baxa bilər.

- Komanda yoldaşlarınızla birlikdə Azərbaycanın təbiətini seyr edə və ya hansısa başqa yerə gedə bilmisiz?
- Hələ yox. Çünki son yarım il çox intensiv keçib. Amma ailəmlə birlikdə Sevastopol dağlarına getmək istərdim. Yazda buna vaxt olacaq. Çünki təqvimdə qış fasiləsindən sonra çempionatda cəmi 14 oyunumuz olacaq.

- Çempionlar Liqasının qrupunda "Atletiko" ilə hər iki oyunda heç-heçə etdikdən sonra şampan partlatdınızmı?
- Baş məşqçimiz alkoqol sevmir. Buna görə də elə şeydən söhbət gedə bilməz. Çempionlar Liqasının qrupuna düşdükdən sonra "Legiya"dakından 2-3 dəfə az mükafat aldıq. Müqaviləmə əsasən, əlavə "premiya" aldım. Maliyyə şərtlərində razılaşa bilmirdik. Sonra əlavə mükafatla bağlı razılıq əldə etdik.

- Çempionlar Liqasındakı qrup oyunlarınızı Bakı Olimpiya Stadionunda keçirdiniz və hər 3 görüşdə yaxşı azarkeş dəstəyi gördünüz. Futbol Azərbaycanda, doğrudan da, populyardı, yoxsa bu, biletlərin ucuz olması ilə əlaqədar idi?
- Fanatlar bu cür böyük komandaları öz gözləri ilə görmək istəyirdilər. Elə auditoriya qarşısında oynamaq xoş idi. Çempionat oyunlarımızı isə bazamızda yerləşən və böyük olmayan stadionda keçiririk. Adətən liqa matçlarımıza 2-3 min azarkeş gəlir. Çempionlar Liqasının təsnifat mərhələsinin görüşlərini isə Tofiq Bəhramov adına Respublika stadionunda oynadıq.

- Küçədə gəzərkən fanatlar sizi tanıyırlarmı? Onlar adınızı deməyi öyrəniblər?
- Onlar tez-tez şəkil çəkdirməyi xahiş edirlər. Çoxu mənə formamda yazıldığı kimi, Kuba deyirlər.

- Azərbaycanda hakimlərlə münasibətiniz necədi?
- Sirr deyil ki, mən hakimlərin qərarına ani reaksiya verənəm. Əksər belə hallar mənə baha başa gəlib. Özümü nəzarətdə saxlamağa çalışıram. Çünki baş məşqçimiz belə məsələlərə həssas yanaşır. Bəzi oyunlardan sonra buna görə hətta cəzalanmışam.

- "Qarabağ" Polşa çempionatında oynasaydı, hansı nəticəyə imza atardı?
- Bu yaxınlarda fanatlarımızdan biri məndən bunu soruşdu. Dedim ki, "Qarabağ" indiki məqamda Polşa çempionatının lideri olar. Amma 1 il əvvəl komanda "Legiya"ya uduzmuşdu.

- Yeni ili harada qəbul edəcəksiz?
- Ölkəmdə. Bayramı ailəmlə birlikdə, qohumlarımın əhatəsində keçirmək istəyirəm. 6 ay idi ki, Polşadan kənarda idim.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb