23-12-2017, 10:03 Oxunub: 61

Dünyanın gözü “El-Klasiko”da — VİDEO

Dünyanın gözü “El-Klasiko”da — VİDEO














Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su keçiriləcək.
"Ölkə.Az" “Report”-a istinadən xəbər verir ki, XVII tur çərçivəsində “Real Madrid” “Barselona”nı qəbul edəcək.

Əzəli rəqiblərin cari çempionatda “Santyaqo Bernabeu” stadionunda baş tutacaq ilk dueli Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan “Real Madrid” cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 11 xal geri qalır. Lakin "kral klubu"nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi “Atletiko”nu 6 xal qabaqlayır.

Növbəti matç bu kollektivlərin La Liqada 175-ci dueli olacaq. Əvvəlki görüşlərdən 72-də madridlilər, 69-da isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə “Real Madrid”lə “Barselona” 270-ci dəfə qarşılaşacaqlar. Bunlardan 99-da paytaxt klubu, 11-də isə “göy-narıncılar” qələbə qazanıblar.
Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçiriləcək Idman “Real Madrid” çempion “Real Madrid” çempion Idman Bu gün Çempionlar Liqasının qalibi müəyyən olacaq Bu gün Çempionlar Liqasının qalibi müəyyən olacaq Idman “Barselona” “Atletiko”nu İspaniya Kubokundan kənarlaşdırdı “Barselona” “Atletiko”nu İspaniya Kubokundan kənarlaşdırdı Idman FİFA “Real Madrid”i araşdırır FİFA “Real Madrid”i araşdırır Idman