11-02-2018, 11:53 Oxunub: 139

Portuqaliya Avropanın ən güclüsü oldu

Portuqaliya Avropanın ən güclüsü oldu















Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatına yekun vurulub.
AZTB.info-nun məlumatına görə, finalda Portuqaliya və İspaniya yığmaları üz-üzə gəlib.

1/4 finalda Azərbaycan millisini mübarizədən kənarlaşdıran Portuqaliya 1-ci dəqiqədə hesabı açıb. Lakin 19-cu dəqiqədə Tolra, 32-ci dəqiqədə Linin qolları sayəsində İspaniya önə keçib. 39-cu dəqiqədə portuqaliyalı Bruno Koelyo fərqlənərək, hesabı bərabərləşdirib və matçın taleyini əlavə vaxta aparıb.Portuqaliya yığması əlavə vaxtın sonuncu dəqiqəsində Bruno Koelyonun cərimə zərbəsindən vurduğu ikinci qolla ilk dəfə Avropa çempionu olub.
Qeyd edək ki, İspaniya turnirin ikincisi, Rusiya millisi isə üçüncüsü olub.
Portuqaliya Avropa çempionu oldu Portuqaliya Avropa çempionu oldu Idman Portuqaliya “Avro-2016”-nın finalında Portuqaliya “Avro-2016”-nın finalında Idman Avropa çempionatının ilk yarımfinalçısı məlum oldu Avropa çempionatının ilk yarımfinalçısı məlum oldu Idman Portuqaliya millisi İslandiya ilə bacarmadı Portuqaliya millisi İslandiya ilə bacarmadı Idman Portuqaliya Bakıda keçirilən çempionatda qalib gəldi Portuqaliya Bakıda keçirilən çempionatda qalib gəldi Idman