Gəncənin Kəpəz klubu 45 günlük fasilədən sonra II dövrənin hazırlıqlarına başlayıb
Idman
Oxunub: 1 237
27 yan 2015 | 20:44
Gəncənin Kəpəz klubu 45 günlük fasilədən sonra II dövrənin hazırlıqlarına başlayıbGəncənin Kəpəz klubu 45 günlük fasilədən sonra II dövrənin hazırlıqlarına başlayıb

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən Gəncənin "Kəpəz" klubu 45 günlük fasilədən sonra II dövrənin hazırlıqlarına start verib. Qərb təmsilçisi məşqlərə 19 futbolçu ilə başlayıb.

Çempionatın ilk yarısında arzuladığı nəticələrə çata bilməyən sarı-göylər itirilən xalları sığortalamaq üçün fasilə müddətindən səmərəli istifadə etməlidilər. Amma müəyyən çətinliklər vəziyyəti mürəkkəbləşdirib. Gəncə şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətə olmaması səbəbindən komanda məşqlərini mini-meydanda keçmək məcburiyyətində qalıb.
Vidadi Rzayev- "Kəpəz"in baş məşqçisi: "Şəraitdən çox şey asılıdır. Özünüz də görürsünüz ki, biz hansı şəraitdə məşq keçirik. Əlimizdən gələni edirik ki, Kəpəzi ilk altılığa daşıyaq".
Gəncə klubu I Dövrənin yekunlaşmasının ardından 5 futbolçu ilə yollarını ayırıb. Bunlar qapıçı Davud Kərimi, müdafiəçilər Kamran İsmayılov, Sərxan Allahverdiyev, Sərxan Müslümov və hücumçu Həsən Allahyarovdur. Düşərgəyə yeni futbolçular da qoşulub. Onlar baxışa gəlib.
Azər Həşimov- "Kəpəz"in kapitanı: "Birinci dövrəyə nəzər salanda biz bəzi oyunlarda əsas vaxta artırılan əlavə dəqiqələrdə qapımızdan qol buraxdıq. Bu barədə uşaqlarla da danışdıq ki, daha da məsluliyyətli olmalıyıq. Komandaya yeni futbolçular cəlb olunub. İkinci dövrədə daha yaxşı oyun nümayiş etdirərək lazım olan nəticəni əldə etməyə çalışacağıq".
"Kəpəz" təlim-məşq toplanışının son hissəsini Nizami yurdundan kənarda keçirmək niyyətindədir. Bu Gürcüstan və ya Bakı ola bilər.

Kəpəz ikinci dövrənin ilk oyunu fevralın 21-də keçirəcək. Gəncəlilərin rəqibi Bakının Lokomotiv komandası olacaq.

kepeztv.az
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?