Məşhur güləşçilər İlham Əliyevi dəstəklədilər — VİDEO
Idman / Video
Oxunub: 617
19 mar 2018 | 12:37
Məşhur güləşçilər İlham Əliyevi dəstəklədilər — VİDEO















11 aprel 2018-ci il tarixdə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Bununla bağlı Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçi və idmançılarının iştirakı ilə seçkiöncəsi toplantı keçirilib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə AGF-nin saytı məlumat yayıb. Bildirilir ki, AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən görüş zamanı Olimpiya, Dünya, Avropa Çempionları, eləcə də gənc güləşçilər prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcəklərini qeyd ediblər.

Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən idmana göstərilən diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, Azərbaycanın sürətli, dinamik inkişafı bütün digər sahələrdə olduğu kimi idman sahəsində də özünü göstərib. Ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycanın daxili və xarici siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq aləmdə həm də idman ölkəsi imicini qazanıb. Dövlət başçısının xüsusilə güləş idman növünə göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan güləşçiləri mötəbər beynəlxalq yarışlarda Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında daima ən yüksək pillələrdə qərarlaşır, bayrağımızı yüksəldir, himnimizi səsləndirirlər.
AGF-nin 1-ci vitse prezidenti Firdovsi Umudov və çempionlarımız hər zaman Ali Baş Komandanın əmri ilə döyüşə hazır olduqlarını xüsusi vurğulayıblar. Firdovsi Umudov bildirib ki, ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz və əbədi birlik mövcuddur. Məhz bu birliyin sayəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bütün qüvvələr daima məğlubiyyətə düçar olublar və bundan sonra da onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər.

Sonda güləşçilərimiz aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini, İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Bu məqsədlə Azərbaycan Güləş Federasiyası tərəfindən məşhur güləşçilərimizin iştirakı ilə hazırlanan videocarxda bütün idman ictimaiyyətini və xalqımızı prezident seçkilərində İlham Əliyevə səs verməyə səsləyən çağırışlar yer alıb.


Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb