"Məni narahat edən futbolçuların uğurlardan sonra "çaşmaq" ehtimallarıdır" - Qurban Qurbanov
Idman
Oxunub: 515
24 apr 2018 | 10:10
"Məni narahat edən futbolçuların uğurlardan sonra "çaşmaq" ehtimallarıdır" - Qurban Qurbanov














Öncə futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudur. Çətin oyun oldu. Bilirdik ki, "Sumqayıt" bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldır. Samir Abasov və komandasına uğurlar arzulayıram.

Milli.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Qalan 4 turda heyətdə rotasiya edəcəksinizmi?

- Bütün oyunlara tam heyətlə hazırlaşacağıq. Amma ola bilər ki, hansısa futbolçuya 1-2 oyun şərait yaradım. Elə oyunçular var ki, az da olsa istirahətə ehtiyacı var. Amma qarşıdakı oyunlara tam ciddi hazırlaşacağıq.

Erkən çempionluq sizin xeyrinizə olacaq, ya ziyanınıza? Nəzərə alsaq ki, qarşıdan Avrokuboklar gəlir, komanda formadan düşməyəcək?

- Futbolçularımın bəziləri neçə illərdir ki, fasiləsiz oynayırlar, çempionluqlar əldə edirlər. Məni əsas narahat edən onların fiziki yorğunluqları deyil, loru dildə desək, uğurlardan sonra "çaşmaq" ehtimallarıdır. Səviyyəsindən asılı olmayaraq bütün çempionluqlar hamı üçün şirindir. Mən hər zaman deyirəm ki, uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Bunu hər bir oyunçu da dərk etsə, inanmıram ki, mənfi nəsə hal yaşansın. Daha əvvəl də bu cür vəziyyət ilə qarşılaşmışıq.

Komandanıza ardıcıl 5-ci çempionluqdan sonra "əla" qiymət vermək olar?

- "5"dən artıq qiymət verməyəcəyəm. Hər birini təbrik edirəm, amma əsas məsələ bundan sonrakı proseslərdir. Bu balansı, stabilliyi saxlamağı bacarmalıyıq.

Çempionlar Liqası haqqında nə düşünürsüz? Yenidən qrupa düşmək mümkün olacaq?

- Reqlamentdəki dəyişikliklərdən sonra çətin olacaq. Amma biz turnirdən əvvəl komandanı tam formalaşdırmağa çalışacağıq və ciddi hazırlıq keçəcəyik.

ÇL-in qrupuna düşmək üçün heyət daha güclü olmalıdır. Bu barədə rəhbərliklə indi söhbət edəcəksiz, ya mövsümün sonunu gözləyirsiniz?

- Biz bu hazırlıqları bütün il boyu edirik. Dəfələrlə demişəm ki, mən həmişə istəyirəm ki, komandaya hər il bir və ya iki yeni oyunçu gəlsin. Ehtiyac var və işlər gedir.

5 çempionluğun hər birində ikinci ilə aradakı xal fərqi artan qrafiklə gedir. Rəqabət mühitinin olmaması sizi narahat etmir?

- Deməzdim ki, biz rəqabətsiz çempion olmuşuq. Sadəcə komandaların sayının az olması səbəbindən belə olub. Mən çox istəyərəm ki, digər komandalar güclənsinlər və rəqabət daha da artsın. Sizə deyim ki, yanvardan bəri çempionat çox fərqli keçir. Bütün komandalar fərqli oynayırlar. Əsas da yerli oyunçuların təcrübəsi artıb. Bu da məni sevindirir.

Yeni oyunçulara ehtiyacınız olduğunu dediniz. Bəs rəhbərlik sizə istədiyiniz büdcəni ayıra bilirmi?

- Bu vaxta qədər hansı oyunçunu istəmişiksə, rəhbərliklə problem olmayıb. Ümumiyyətlə, hər ölkənin öz qiyməti, futbolçu səviyyəsi var. Mən çox istərəm ki, "Qarabağ"a daha yaxşı futbolçular gəlsinlər, amma daha yaxşıları başqa-başqa çempionatlara gedirlər. Bu gün yaxşı futbolçu tapmaq çətindir. Ona görə də sizin düşündüyünüz futbolçular Rusiya, Türkiyə və digər ölkələrdə oynamağı üstün tuturlar. Biz onlara nə qədər pul versək də, onların gəlmək ehtimalı 3-5 %-dir. Hər ölkə futbolunun öz nüfuzu var, biz də ona uyğun addım atırıq.

Çempionatda rəqabət yaratmaq, komanda sayını artırmaq baxımından millinin baş məşqçisi kimi AFFA rəsmiləri ilə görüşüb hansısa işlər görməyi düşünmürsünüz?

- Razıyam, əvvəl "Bakı", "Xəzər Lənkəran", "Simurq", "İnter", "Neftçi" kimi komandalar var idi. Onların oyunçuları, məşqçiləri də fərqli idilər. Ümumiyyətlə, adam düşdüyü mühitə uyğunlaşır. Onda da eyni hədəfimiz var idi, indi də. Bizim komandanın çoxalmağı ilə bağlı söhbətlərimiz daim olur, amma bəzi şeylər var ki, onları əldə etmək olmur. Bu gün çox komandalar federasiyanın üzərindədir. Sayı çoxaldarıq bəlkə də amma onda da keyfiyyət aşağı olacaq. İstənilən halda yeni addımlar atmaq istəyirik.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ