Gənc yaşda dünyada tanınan azərbaycanlılar: “Lamborghini”ni dizayn edən, NASA-da çalışan, dünya rekordu qıran …
Idman
Oxunub: 943
17 avq 2018 | 10:22
Gənc yaşda dünyada tanınan azərbaycanlılar: “Lamborghini”ni dizayn edən, NASA-da çalışan, dünya rekordu qıran …














“Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc Azərbaycanın milli maraqlarını oxuduğu ölkədə təbliğ etməlidir”.
Bu sözlərin müəllifi olan Ulu Öndər Heydər Əliyev hələ sovetlər dönəmində hər il yüzlərlə gənci bu məqsədlə xaricdə təhsil almağa göndərirdi. Onların arasında bu gün Azərbaycanda və xaricdə yüksək vəzifə tutan, mövqe sahibi olan şəxslər az deyil. Çox sevindirici haldır ki, hazırda da xaricdə yaşayan yüzlərlə azərbaycanlı gənc ölkəmizi müxtəlif dövlətlərdə ləyaqətlə təmsil edir, həmin ölkələrdə yüksək status daşıyırlar.
Azxeber.com Azər Niftiyevin təqdimatında xaricdə yaşayan, orada müxtəlif mövqe sahibi olan gənc soydaşlarımızla bağlı araşdırma aparıb.

Türkiyə adından çıxış edən azərbaycanlı atlet Ramil Quliyev ardıcıl qələbələri ilə həm Türkiyə, həm də Azərbaycan mətbuatının gündəm mövzusuna çevrilib. 28 yaşlı soydaşımız iki ay öncə Oslodo keçirilən mərhələnin 200 metr qaçış kateqoriyasında 19.90 nəticə ilə çempion olub. Bundan öncə Londonda baş tutan Dünya Çempionatında, 200 metr məsafəyə qaçış yarışlarında 20.09 saniyə nəticə ilə qızıl medal qazanan Ramil Quliyev dünya çempionu olan birinci Türkiyə idmançısı kimi tarixə düşüb. Ramil Quliyev həmçinin 2016-cı ildə Amsterdam şəhərində baş tutan Avropa Çempionatında gümüş medala layiq görülüb. O, Azərbaycanı 2008 Pekin Olimpiadasında, Türkiyəni isə 2016 Rio-de-Janeyro Olimpiadasında təmsil edib.

İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı” adı ilə təqdim olunan Mirağa Ağayevin 25 yayış var. 10 yaşından Romada yaşayan Mirağa İtaliyada və digər ölkələrdə keçirilən beynəlxalq şahmat yarışlarının iştirakçısı və qalibi olub. 50-dən çox seans verib. Özünün dediyinə görə, Ucarda Fuad adlı şahmat müəlliminin yanında hazırlaşıb. İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib olub. Daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə edib. Mərhum Vüqar Həşimovla dostluq münasibətləri olduğunu deyən M.Ağayev Ermənistanın baş məşqçisi və qrossmeyster 52 yaşlı Karen Movsisyanı məğlub edib. Mirağanın bu uğuru “22 yaşlı azərbaycanlı 52 yaşlı ermənini məğlub etdi” başlığı altında İtaliya mediasında işıqlandırılıb.

28 yaşlı Samir Sadıqov Gəncədə anadan olub və hazırda dünyanın avtomobil nəhəngləri ilə əməkdaşlıq edir. Avropa Dizayn İnstitutunda təhsil alan Samirin Xəzri avtomobil modeli “Ferrari 2011 Beynəlxalq Dizayn” yarışmasında ikinci yerə layiq görülüb. Lamborghini şirkətində dizayner kimi çalışan soydaşımız Lamborghininin Arus modelini dizayn edib. Revzani Motors şirkəti üçün dizayn etdiyi BEAST super avtomobili qısa müddətdə Avropada populyarlıq qazanıb. Qiyməti təxminən 150 min dollar olan bu avtomobillər dünyanın müxtəlif dövlətlərinə idxal olunur. 11 ildən artıqdır ABŞ-da mobil telefonlar üçün xüsusi və eksklüziv aksesuarlar hazırlayan şirkətin sahibi Xaliq İsgəndərovun 26 yaşı var.


30 yaşlı Atilla Əsgərov iki ildən artıqdır NASA-da mühəndisdir. Bakıda ziyalı ailəsində anadan olan Atilla paytaxtdakı 6 saylı orta məktəbi bitirib. Daha sonra İstanbul Texniki Universitetində təhsil alıb. Virciniya Universitetində təhsilini davam etdirib. Corc Meyson universitetində magistr təhsilinə yiyələnib. Magistraturanı bitirdikdən sonra bir neçə start-up şirkətində çalışıb. Daha sonra “Deloitte”, “İntelsat” kimi şirkətlərdə əmək fəaliyyətini davam etdirib. 2023-cü ildə Kosmosa WFIRST adlı yeni teleskop göndərməyi planlaşdıran NASA-nın bu işi həvalə etdiyi peşəkarlardan biri də Atilla Əsgərovdur. Şirkətdə yeganə azərbaycanlı olan Atilla mətbuata müsahibəə verərək, qarşıda daha ciddi iddialarının olduğunu deyib.

11 ildən artıqdır ABŞ-da mobil telefonlar üçün xüsusi və eksklüziv aksesuarlar hazırlayan şirkətin sahibi Xaliq İsgəndərovun 26 yaşı var. Sumqayıtda anadan olan Xaliq “Yıldız Teknik” Universitetini bitirib. Ardınca ABŞ-ın dünyaca məşhur New York Dövlət Universitetinin Beynelxalq əlaqələr fakultəsində təhsilini davam etdirib. Tələbəlik illərində fəallığı ilə seçilən Xaliq ABŞ-ın o zamankı prezidenti Bill Klintonla da görüşməyə müvəffəq olub. Texnologiyaya həmişə maraq gösətərən həmyerlimiz mobil cihazları müxtəlif zərbələrdən qorumaq üçün örtüklər istehsal edir. Bu örtük həm də telefonu zərərli radio dalğalardan da qoruyur.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi