Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək
Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakı Olimpiya Stadionunda Kosovo yığmasını qəbul edəcək. Bu, həm də 46 yaşlı mütəxəssisin millinin sükanı arxasında ilk rəsmi matçı olacaq.
Ötən ilin noybarında baş məşqçi təyin olunan Q.Qurbanov bu müddətdə komandanı 6 yoldaşlıq görüşünə çıxarıb. Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə edən yığma, Belarusla (0:1) Qazaxıstana (0:3) uduzub. Əvəzində, Qırğızıstan (3:0) və Latviyanı məğlub edib (3:1).
Kosovo komandasının baş məşqçisi Bernar Şalland da postunda yenidir. Bu ilin martında işə başlayan 67 yaşlı isveçrəli mütəxəssis heyəti 3 yoldaşlıq oyununda sınayıb. Onun rəhbərlik etdiyi kollektiv Madaqaskar (1:0), Burkina Faso (2:0) və Albaniyaya (3:0) qalib gəlib.
2016-cı ilin mayında FİFA və UEFA-ya üzv qəbul olunan Kosovo yığması yalnız 2018-ci il dünya çempionatının seçmə mərhələsində iştirak edib. Səfərdə Finlandiyaya qarşı keçirdiyi ilk rəsmi matçda 1:1 hesablı heç-heçə edən kosovolular, təsnifat mərhələsindəki digər 9 qarşılaşmada uduzublar. Cəmi 3 qol vuran yığma, 24 top buraxıb.
Hazırda FİFA reytinqində Azərbaycan millisi 1207 xalla 105-ci, Kosovo yığması isə 1080 xalla 141-ci yerdədir.
İlk dəfə təşkil olunan Millətlər Liqası AVRO-2020-yə vəsiqə qazanmaq üçün əlavə, eyni zamanda əla şansdır. Çünki UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. 1 – 12-ci yerlər A, 13 – 24-cü yerlər B, 25 – 39-cu yerlər C, 40 – 55-ci yerlər isə D liqasına düşüblər.
Bu liqaların qalibləri AVRO-2020-yə vəsiqə əldə edəcəklər. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq “Dördlər finalı”nda müəyyənləşəcək. Burada bir matçdan ibarət yarımfinal və final olacaq.
Azərbaycan millisi Kosovo, Malta və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb.
UEFA Millətlər Liqası
D liqası, III qrup
7 sentybar
20:00. Azərbaycan – Kosovo
Baş hakim: Ola Hobber Nilsen
Yan xətt hakimləri: Harald Qronevik, Oskar İsaksen
Dördüncü hakim: Simon Ytterland
Əlavə köməkçi hakimlər: Espen Andreas Eskas, Tom Harald Hagen (hakimlər briqadası Norveçdəndir)
Hakim-inspektor: Lusilio Kardozo Kortez Batista (Portuqaliya)
UEFA nümayəndəsi: Martin Sturkenboom (Hollandiya)
Bakı Olimpiya Stadionu
Bu gün, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Bu gün, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Bu gün, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Bu gün, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Bu gün, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Bu gün, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Bu gün, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Bu gün, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Bu gün, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Bu gün, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Bu gün, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Bu gün, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Bu gün, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Bu gün, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Bu gün, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Bu gün, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Bu gün, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Bu gün, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”