Qurbanov oyunla bağlı sualları cavablandırdı: “Futbolçularımı nə qədər müdafiə etsəm…”
Idman
Oxunub: 665
26 okt 2018 | 14:03
Qurbanov oyunla bağlı sualları cavablandırdı: “Futbolçularımı nə qədər müdafiə etsəm…”














“Biz də sizin kimi üzülürük. Qalib gəlməyi çox istəyirdik. Lakin bizim üçün o qədər də asan olmadı. Xeyli qol epizodumuz oldu. Ancaq rəqibin qapımıza gedən bir zərbəsi qol oldu.

Futbolçularımız belə oyunlarda meydanda düşünməli və hücumları düzgün qurmalıdırlar. Oyunun gedişində bəzi düşündüyümüz hücumlar alındı. Sadəcə, qol epizodlarından yararlana bilmədik. Rəqib isə bir zərbədən yararlandı. Lakin futbolçularımızın üzərinə gediləsi deyil. Çox sıx qrafiklə gedirik. Bu oyunu unutmalı və qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Ukrayna “Vorskla”sına 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Razısınızmı ki, “qara zolağ”a düşmüsünüz?

– “Qara zolağ”a düşüb-düşmədiyimiz barədə fərqli fikirlər söyləmək olar. Futbolçularda yorğunluq var. Amma oyunçularımızda ustalıq səviyyəsi çatmır. Dünən “Atletiko”nun 0:4 uduzduğu oyunda hesab oyuna görə deyildi. Daha da istəkli olmalıyıq və hər bir oyunçu öz üzərində çox çalışmalıdır. Hətta böyük klublar yaxşı oynasalar da nəticələri olmur. Böyük klublar “qara zolaq” deyilən hallara hazır olurlar. Biz də hazır olmalıyıq.

– Buraxılan qolda qapıçının, yoxsa müdafiənin səhvi çox idi?

– Belə görünürdü ki, qapıçının. Çünki 30 metrədək məsafə var idi. Belə topları qapıçı tutmalıdır. Belə oyunlarda nə qədər diqqətli olsan da, rəqib bir neçə qol epizodu yarada bilir. Bu zaman qapıçı müdafiəçilərdən daha çox diqqətli olmalıdır.

– Razısınızmı ki, “Qarabağ” son illərin ən zəif mövsümünü keçirir?

– Futbolçularımı nə qədər müdafiə etsəm də, nəticəyə görə xoş sözlər deyə bilmərəm. Xüsusən milli komandanın futbolçuları çox yorulurlar. Bir turnirdən digərinə keçmək asan deyil. Qara Qarayev və Maksim Medvedev hazırda ən çox oyun keçirən futbolçulardır. Bu, onların fiziki və psixoloji baxımdan formada olduqlarını göstərir. Daha çox müdafiədə oynayanların səhvləri nəzərə çarpır. Amma hər bir komandada belə hallar olur. Özümüz də çox işləyirik. Məşqimiz olmadığı halda belə, nəzəriyyələrimiz olur. Bu gün uduza bilərik, amma futbol elə bir peşədir ki, sınmamalı, həvəsdən düşməməliyik. Yenə futbolçularımızın yanındayıq. Onlarla birgə bu yerlərə çatmışıq. Yeni transferlərin oyunu bəzən alınır, bəzən yox. Yaratmaq daha çətindir, nəinki müdafiədə oynamaq. Daha yaxşı kollektiv görməyə çalışmalıyıq.

– Məlum hadisə səbəbindən Hannes Halldorssonu qışadək “Qarabağ”ın qapısında görə bilərik?

– Qapıçı ən ağır mövqedir. Onu dəyişmək əlavə itki deməkdir. Bu günədək hər bir qapıçıya şans vermişik. Sabah Şahrudin Məhəmmədəliyevi də görə bilərsiniz. Amma bu gün belə qərar vermişdik.

– Qoldan sonra İnnosent Emeqaranın yerinə Mahir Mədətov daxil oldu. Bugünkü əvəzetmələr sizi razı saldı?

– Hücumlarımız Donald Gerrye və Emeqara üzərində qurulurdu. Rəqibin oyun üslubuna görə belə taktika seçmişdik. Onlar bu sınaqdan pis çıxmadılar. Necə qollarımızı qaçırdığımız hamımıza yaxşı mənada təsir edir. 3-5 metrdən qollar vura bilmədik. Hər bir futbolçumuza güvənirik. Hər biri özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Razı qaldım.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...