3-04-2015, 12:55 Oxunub: 1 209

UEFA avrokuboklarda mükafatı artırdı

UEFA avrokuboklarda mükafatı artırdı


UEFA 2015/2018 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynayacaq klublara ödəniləcək mükafatı artırıb.

Azerinfo.az-ın Qol.Az-ıa istinadən istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının qrup mərhələsində oynayacaq komanda 12 milyon avro mükafat alacaq.

UEFA qrup mərhələsindəki hər qələbəyə görə 1,5 milyon, bərabərlik üçün 500 min avro pul ödəyəcək. ÇL-in 1/8 finalına yüksələn komandalara 5.5 milyon, 1/4 finalçılara 6 milyon və yarımfinalçılara isə 7 milyon avro mükafat veriləcək.

Çempionlar Liqasını qazanan klub büdcəsini 15 milyon, finalist komanda isə 10.5 milyon avro zənginləşdirəcək. UEFA superkubokunun sahibi 4 milyon, finalçı isə 3 milyon avro qazanacaq. Çempionlar Liqasının qalibi qrup mərhələsindəki bütün oyunlarda qələbə qazanarsa, ümumilikdə 52 milyon avro mükafat alacaq.

Avropa Liqasının qrup mərhələsində oynayacaq klublar 2.4 milyon, 1/16 finala vəsiqə qazananlar 500 min, 1/8 finalçılar 750 min, 1/4 finalçılar isə 1 milyon avro gəlir əldə edəcəklər. Yarımfinala yüksələcək komandalar 1.5 milyon avro qazanacaq. Avropa Liqasının qalibi 6.5 milyon, finalist komanda isə 3.5 milyon avro mükafat alacaq. Qrup mərhələsindəki hər qələbəyə 360 min, heç-heçəyə isə 120 min avro ödəniləcək.
Mourinyo hamını qabaqladı Mourinyo hamını qabaqladı Idman Qərb Rusiyaya sanksiyadan 40 milyard avro zərərə düşüb Qərb Rusiyaya sanksiyadan 40 milyard avro zərərə düşüb Dunya UEFA iki klubu cəzalandırdı UEFA iki klubu cəzalandırdı Idman AFFA-dan milyon avro istəyən futbolçu yığmaya gətirilir AFFA-dan milyon avro istəyən futbolçu yığmaya gətirilir Idman