12-02-2019, 11:05 Oxunub: 190
Azərbaycan Qran Prisinin bilet satışında artım — Düz 2 dəfə

Formula 1 üzrə Azərbaycan Qran Prisinin keçirilmə müddətinin uzadılmasından sonra bilet satışında 2 dəfəyədək artım qeydə alınıb.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Şirkətin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim Azərbaycan Qran Prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilənin imzalanmasından sonra yarışa beynəlxalq marağın kəskin şəkildə artıdğını bildirib: “Müqavilə müddətinin uzadılması yerli Formula 1 həvəskarları ilə yanaşı, xarici azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb. Yeni müqavilə imzalandıqdan sonra satışın tempində 2 dəfəyədək artım qeydə alınıb. Bu artım, əsasən, Rusiya və Böyük Britaniyadan olan avtoidman həvəskarları hesabına formalaşıb”.
BŞH-nin rəsmisi onu da qeyd edib ki, bilet satışları ötən illə müqayisədə daha yaxşı vəziyyətdədir: “Keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım tendensiyası müşahidə olunur. İndiyədək xaricdən 46 ölkədən bilet alınıb və bu rəqəm hər ötən gün böyüyərək daha geniş coğrafi məkanı əhatə etməkdədir. Hal-hazırda Rusiya və Böyük Britaniyadan sonra Azərbaycan Qran Prisinə ən çox maraq göstərən ölkələr Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyadır”.
Yarış həvəskarları 2019 Formula 1 Azərbaycan Qran Prisinin biletlərini paytaxtın müxtəlif yerlərində olan bilet satış nöqtələrindən və ya www.bakucitycircuit.com saytından əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 - 28 apreli əhatə edəcək. Fevralın 5-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.
XƏBƏR LENTİ
14:16 | Bakıda nə qədər işsiz var? 13:47 | “Yaprak dökümü”nün aktrisası səhnədən uzaqlaşdı — FOTOLAR 13:18 | Sellofan formalı “kiçik Messi”nin anası danışdı — “Hər gün ölüm qorxusu ilə yaşayırıq” 13:00 | Kamal Abdulladan təqaüdlərin artırılmasına — MÜNASİBƏT 12:43 | Əkizləri bir də makiyajsız görün — FOTO 12:30 | Sergey Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağdan danışdı 12:16 | Dünya mediası Putini “nokauta salan qadın”dan danışır – Fotolar 12:00 | Efirdə Elarizi təhqir etdilər: “Bunun keçəlinə baxın” – Video 11:47 | Azərbaycanın ən varlı rayonları açıqlandı 11:30 | Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam 11:12 | İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir” 11:00 | Elməddin: “Polisə müraciət etməmiş öz xoşunla…” – Video 10:39 | “Təxribatlara uymayın” – Rusiya azərbaycanlıları 10:21 | Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan – VİDEO 10:11 | “Sarı jiletlər”in etiraz aksiyası başladı