Kamran Ağayevin reklama görə komandasını tərk etdiyi təsdiqləndi
Idman
Oxunub: 661
14 fev 2019 | 10:12
Kamran Ağayevin reklama görə komandasını tərk etdiyi təsdiqləndi














Millimizin qapıçısı Kamran Ağayevin “Keşlə” klubunun Türkiyədəki təlim-məşq toplanışını iki gün erkən tərk etməsi birmənalı qarşılanmayıb.

Oxu.Az xəbər verir ki, onun müqaviləsi olduğu “Coca-Cola”nın Novruz bayramı üçün nəzərdə tutulmuş reklam çəkilişi üçün Azərbaycana tez döndüyü bildirilir.

Nəticədə, onun komandası qapıçısız qalıb və yoxlama oyununa üçüncü qapıçı Şahin Zəkiyevlə çıxıb (ikinci qapıçı Davud Kərimi zədəli olub – S.M.). Bu isə baş məşqçi Tərlan Əhmədovun xoşuna gəlməyib.

Məsələ ilə bağlı “Coca-Cola Azerbaijan” şirkətindən fikir öyrəndik. Şirkətdən Kamran Ağayevin reklamda çəkildiyi təsdiq edildi. Kamran Ağayevin özü isə bunu təsdiq etmək istəməyib:

“Bəli, Antalya toplanışını vaxtından əvvəl tərk etmişəm. Amma bu, qeyri-rəsmi, icazəsiz olmayıb. Həm də reklam üçün yox, şəxsi həyatımla bağlı məsələdən ötrü Bakıya dönmüşəm. Komandadan iki gün qabaq qayıtmışam. Digər tərəfdən, lap reklama çəkilmək üçün dönmüşəm, bunun kimə nə aidiyyəti var? Şəxsi işlərim heç kimə, o cümlədən, mətbuata maraqlı olmamalıdır.

Bəli, “Coca-Cola”nın reklamına çəkilmək də təklif edilib. Yazırlar ki, ciddi məbləğ müqabilində razılaşıb. Başa düşmürəm, pul qazanmağım niyə başqalarını qıcıqlandırır? Niyə qısqanırlar? Bu, şəxsi işimdir. İcazə ala da bilərəm, almaya da. Amma “Keşlə”də belə bir şey yoxdur. Hər şey baş məşqçinin bilgisi, icazəsi əsasında olur.

İstənilən komandada səhv varsa, baş məşqçi ilə futbolçu arasında emosional gərginlik olacaq. Lakin bunun ümumi münasibətə aidiyyəti yoxdur. Nəticə axtarırsansa, gərginlik olacaq”.

Qeyd edək ki, Kamran Ağayev artıq bir neçə dəfə komandasını pis vəziyyətdə qoyması ilə tanınıb. Ötən ilin sonlarında millimizin Kosovo ilə Millət Liqasının həlledici görüşü zamanı zədəsini əsas gətirərək səfərə çıxmaqdan imtina etməsi hələ də unudulmayıb.
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"