“Qarabağ”da qazandığım təcrübənin köməyi olacaq” – Ramil Şeydayev
Idman
Oxunub: 868
23 fev 2019 | 11:39
 “Qarabağ”da qazandığım təcrübənin köməyi olacaq” – Ramil Şeydayev














“Gələcəkdə “Zenit”ə qayıdacağıma ümid edirəm və bunun olmağını istərdim. Çünki söhbət uşaqlığımdan bəri azarkeşlik etdiyim doğma və sevimli şəhərimin komandasından gedir”.

Qol.az-ın məlumatına görə, bu sözləri Rusiya mətbuatına açıqlamasında milli komandamız və “Krılya Sovetov”un hücumçusu Ramil Şeydayev deyib. Yetirməsi olduğu “Zenit” klubuna qayıtmaq istədəyini bildirən 22 yaşlı futbolçu “Qarabağ”dakı karyerasını da xatırlayıb. Ramil Ağdam klubunun heyətində Çempionlar Liqasındakı iştirakının onun üçün böyük təcrübə olduğunu söyləyib:

“Əlbəttə, hər şey göz qabağındadır. Amma onu deyim ki, bu təcrübə sadəcə verilmir, insanı oyundan oyuna təhlil aparmağa vadar edir, böyüdür. Ümid edirəm ki, orada qazandığım təcrübənin mənə köməyi olacaq. Çempionlar Liqası elə bir atmosferdir ki, yenidən ora düşmək istəyirsən. Amma həm də başa düşürsən ki, bunun üçün çox çalışmaq lazımdır.

“Krılya Sovetov”dakı vəziyyətindən də söz açan Şeydayev orada hər şeyin ürəyincə olduğunu deyib: “Həm şəhər, həm komanda, həm də mənim üçün yaradılan şərait çox xoşuma gəlir. Ən əsası isə “Krılya Sovetov”da inkişaf etmək üçün hər cür imkan var. Buna görə buradayam. Oynamağa hazıram”.

“Krılya Sovetov”un baş məşqçisi Miodraq Bojoviçlə bağlı da fikirlərini bildirən forvard serbiyalı mütəxəssisdən ağızdolusu danışıb: “Onun məşqləri çox xoşuma gəlir. İlk növbədə komandadakı ab-havanı dəyişib. Burada məşq etməkdən, həzz alıram. Hər şey qaydasında gedir. Burada təkcə mənim üçün yox, bütün kollektiv üçün rahatdır”.

Qeyd edək ki, Ramil 2017-2018 mövsümündə icarə əsasında “Qarabağ”ın formasını geyinib.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi