Rusiyanın azərbaycanlı çempionu – FOTOLAR
Idman
Oxunub: 988
20 mar 2019 | 15:30
Rusiyanın azərbaycanlı çempionu – FOTOLAR















Xarici ölkələrdə xalqımıza başucalığı gətirən qeyrətli oğullar az deyil. Onların hər biri hörmətə, ehtirama layiqdir. Bu gün sizə onlardan biri, 25 yaşlı Qabil Məmmədovdan söhbət açmaq istəyirəm. O, 1994-cü ildə Rusiyanın Orenburq şəhərində dünyaya gəlib. 2011-ci ildə orta məktəbi bitirərək Orenburq Dövlət Universitetinə qəbul olunub. 2016-cı ildə oranı mühəndis ixtisasına yiyələnməklə başa vurub. 2016-2018-ci illərdə həmin universitetin magistraturasında oxuyaraq, biznesin idarə olunması ixtisasına yiyələnib (MBA). Hazırda aspiranturaya hazırlaşır…

…Atası Habil Məmmədov Orenburqda polis işləyirmiş. 2000-ci ildə məzuniyyət götürərək ata-baba yurdu Naftalana gedir ki, 6 yaşlı oğlu Qabilə kiçik toy eləsin. Dəvətnamə paylanılır, hazırlıq görülür, çadır qurulur, toya bir gün qalanda Habil insult keçirərək dünyasını dəyişir. O vaxtdan Qabil və bacısı Əskinaz atasız, anası Könül xanımın himayəsində böyüyürlər…

10 yaşından idmanın boks növü ilə məşğul olur. İlk uğuru 2009-cu ildə 14-15 yaşlılar arasında keçirilən Rusiya boks çempionatında gümüş medalı qazanmaqla əldə edir. Sonradan 2011-ci ildə Rusiya çempionu olur. Həmin il Avropa çempionatında ikinci yerə çıxır. Beləliklə illər keçdikcə, bir sıra nailiyyətlərə imza atır. Rusiya boks çempionatlarında, müəyyən yaş kateqoriyaları üzrə dəfələrlə II, III yerlərə qalxır. İki dəfə Rusiya çempionu adına layiq görülür. Hazırda Soçi şəhərində Almaniyada keçiriləcək boks turnirinə hazırlıq məşqlərində iştirak edir…

Rusiyanın azərbaycanlı çempionu – FOTOLAR










Orenburq şəhərindən idman üzrə son 42 ildə heç kim onun qazandığı uğurlara nail ola bilməyib. Ona görə də Qabilin şəkilini böyüdərək şəhərin müxtəlif yerlərində nümayiş etdirirlər. Sizə zarafat gəlməsin, azərbaycanlı balasının şəkilləri görün nə qədər düşmənimizin gözünə ox kimi batır…

Qeyrətli oğuldur, deyir ki,- “Atam vəfat edəndən sonra, anam uşaq bağçasında, çörək sexində işləyərək bizi böyüdüb. Bilirəm ki, çox əziyyətlər çəkib. Əlim çörəyə çatan kimi onu işdən çıxartdım, qoymadım işə getsin. Sevinirəm ki, evi dolandıra bilirəm. Bir bacım var, o da azərbaycanlı ilə ailə qurub, Orenburqda yaşayırlar”…

Azərbaycanı canından əziz bilir. Rusiyada doğulub-böyüsə də, Azərbaycan dilində təmiz danışır, milli kimliyini itirməyib. Vaxt tapan kimi ata-baba yurduna, doğmalarını ziyarət etməyə gedir…

Danışdıqca bu güclü, amma mehriban, təvazökar gəncin davranışını diqqətlə müşahidə edirdim. Sevinirdim ki, xalqımın belə qeyrətli gəncləri var və idmanla yanaşı, təhsildə də uğur qazanmağı bacarırlar. İdman bədəndə sağlam ruh deməkdirsə, təhsil zəkada, idrakda sağlam düşüncə deməkdir.

Bəli, gəncliyi hər tərəfli sağlam olan xalqın gələcəyi parlaq olur…

Rusiyanın azərbaycanlı çempionu – FOTOLAR
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE