Məşhur futbolçuya bənzəyən azərbaycanlı: Messiyə yazıram, cavab vermir
Idman
Oxunub: 954
9 apr 2019 | 09:29
Məşhur futbolçuya bənzəyən azərbaycanlı: Messiyə yazıram, cavab vermir














Dünya futbolunda ulduz oyunçuların başında Argentina millisinin və İspaniyanın “Barselona” klubunun üzvü Lionel Messi gəlir. Sırf ona azarkeşlik edənlərin sayı dünyada milyonlarladır.

Həmin azarkeşlərin çoxu özünü ona oxşatmağa çalışır. Bəziləri, doğrudan da, görkəminə görə Messiyə oxşayır. Bunlardan biri də Röyal Ağamalıyevdir.

Oxu.Az-ın əməkdaşı Lionel Messiyə oxşarlığı ilə seçilən Röyal Ağamalıyevlə söhbətləşib.
– Özünüzü təqdim edərdiniz…

– 30 yaşım var. Bakıda anadan olmuşam. Əslim Şəkidəndir. Sürücü işləyirəm.

– Bu əhvalat necə başladı? Sizi birinci kim Messiyə oxşatdı?

– Heç kimin deməyinə ehtiyac qalmadı. Artıq özüm güzgüyə baxanda bilirdim ki, Messi ilə oxşarlığım var. Kənardakı adamların da mənim barəmdə danışdığını görürdüm. Bilirdim ki, Messiyə oxşamağımdan danışırlar.

– Messi əvvəllər saqqal saxlamırdı. O, saqqal saxladıqdan sonra siz də buna başladınız?

– Bəli.

– Üzünüzü qırxdıqdan sonra da Messiyə oxşarlığınız qalır?

– Bəli, yenə də oxşayıram. Uşaq olanda “çeçenka” saç saxlayırdım. Elə onda da oxşayırdım. Sadəcə, həmin şəkillər yoxdur deyə, sizə göstərə bilmirəm.

– Messi artıq saqqalını yenidən qırxmağa başlayıb. Siz də qırxacaqsınız?

– Yox.

– Sizin kumirinizdirsə, onun hərəkətlərini təkrarlamalı deyilsiniz?

– O, saçını saraldır, amma mən etmirəm. Bu, saçımın təbii rəngidir. Bəzi şeylər var ki, onları təkrarlamıram.

– Amma saqqalınızı saraltmısınız…

– Bəli, bir az…

– “Instagram” profilinizdə 3500-ə yaxın izləyiciniz var…

– Bu profili açmaqda da məqsədim olub. Fikirləşdim ki, Barselonada, Tehranda Messi varsa, niyə bizdə də olmasın?!

– İrandakı Rza Parasteşdən sonra daha çox belə profil açmaq niyyətinə düşdünüz?

– Bəli. O belə edib İranın adını dünya mətbuatında hallandırdı. Rza belə edibsə, niyə də mən Azərbaycanın adını dünyaya bu yolla tanıtmayım?! Əsl məqsədim Azərbaycanı tanıtmaq olub. İnşallah, bu məqsədimə nail olaram.

– Xarici KİV hələlik sizin haqda məlumatsızdır. Bunun üçün xaricə səyahət etməyi düşünürsünüzmü?

– Özümə əminəm ki, xaricə getsəm, mənimlə şəkil çəkdirənlər çox olacaq. Belə olsa, mənim oxşarlığım Messiyə gedib çatacaq. Mənim xaricə çıxmağım lazımdır.

– Bildiyimizə görə, Messinin şəxsi profilinə özünüzü tanıtmaq üçün ismarıclar göndərirsiniz…

– Çox deməzdim. Amma iki şəklimi onun “Instagram” profilində “direct”ə göndərmişəm, altına da “hello” yazmışam. Amma o da baxmır. Bununla belə, onu qınamıram, ulduz futbolçudur. O, telefonu açır, şəxsi mesajlar bir milyon dənədir. Bu səbəbdən onu qınamıram. Ola bilər ki, heç özü işlətmir.

– Bəlkə, bunun üçün başqa yollara əl atasınız. Məsələn, ispan dilində yaza bilərsiniz…

– Sağ olsun, dost-tanışlarım mənə bu məsələdə kömək edir. Onlar Messinin paylaşdığı şəkillərin altından mənim profilimi tag edirlər. Ümid edirəm ki, bunlara nə vaxtsa baxar.

– Görürsən ki, fanatlar futbolçuya görə kluba azarkeşlik edir. Məsələn, Kriştianu Ronalduya görə “Real”ı atıb “Yuventus”a azarkeşlik edənlər oldu. Siz əvvəldən “Barselona”ya azarkeşlik etmisiniz?

– Elə əvvəldən mən “Barselona” azarkeşi olmuşam. Messi karyerasını bitirsə belə, “Barselona”lı olaraq qalacağam. Mənə bu barədə çox sual veriblər. Səhv etmirəmsə, Messi sonadək “Barselona”da qalacaq.

– İran bizə qonşu ölkədir. Bəlkə, elə Rzanın özü ilə görüşəsiniz. Onun da “Instagram”da 580 min izləyici kütləsi var. Bəlkə, onunla görüşsəniz, Messinin qulağına bu daha tez çatar. Yeri gəlmişkən, sanki ondan daha çox siz Messiyə oxşayırsınız…

– Mənə də çoxları deyir ki, Messiyə iranlıdan daha çox oxşayıram. Amma iranlı ilə görüşmək istəmirəm. Yalnız Messi ilə görüşmək istəyirəm.

– Özünüz futbolu necə oynayırsınız?

– Orta səviyyədə oynayıram. Çünki peşəkar deyiləm, futbola getməmişəm. Futbola çağırırlar, gedib o komandada oynayıram.

– Deyək ki, Messi ilə görüşdünüz. Ona ilk demək istədiyiniz söz nə olardı?

– Demək istədiyim sözdən çox, onun məni görəndə reaksiyasının necə olacağı maraqlandırır.
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Dünən, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Dünən, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Dünən, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Dünən, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Dünən, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Dünən, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Dünən, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Dünən, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Dünən, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Dünən, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Dünən, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Dünən, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Dünən, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Dünən, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Dünən, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Dünən, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15-04-2024, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
15-04-2024, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
15-04-2024, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
15-04-2024, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR