“Hakimlər məcbur edir ki, deyim…” – Aftandil Hacıyevdən sərt sözlər
Idman
Oxunub: 897
15 apr 2019 | 10:47
“Hakimlər məcbur edir ki, deyim…” – Aftandil Hacıyevdən sərt sözlər















“Dramatik oyun alındı. Stadiona gələn hər kəs meydandakı oyundan həzz aldı. Təəssüf ki, eyni sözləri hesab barəsində deyə bilmirəm”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə “Neftçi” ilə 2:2 hesablı heç-heçədən sonra mətbuat konfransında söyləyib.

– Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda “Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə verilməyən vərəqələr işimizi korlayır. Qərarlar düzgün olsaydı, hesab da fərqli olardı. Ədilxana görə çox sevinirəm. Bu gün gözəl qolla seçildi. Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün qələbəyə layiq komanda “Səbail” idi. “Neftçi”nin belə xala ehtiyacı yox idi.

– Bu 1 xalda baş məşqçinin payı neçə faizdir, futbolçuların payı neçə?

– Oyuna 5 müdafiəçi ilə başladıq. Ancaq bu gün hesaba uyğun olaraq sistemdə dəyişiklik etdik. Məğlub olmamaq üçün hər şey etdik. Düşünürəm ki, futbolçular tapşırıqların öhdəsindən layiqincə gələ bildilər. Buraxdığımız qoldan sonra daha çox hücumameylli futbolçulardan istifadə etməli olduq. Zənnimcə, əvəzetmələr və sistem dəyişikliyi effekt verdi.

– Koçukun yoxluğu nə ilə bağlı idi?

– İki gün öncə qızdırması qalxdı. Artıq 3 gündür məşq etmir.

– Qeyd etdiniz ki, “Neftçi”yə belə 1 xalı yaraşdırmısınız. Nəyi nəzərdə tutursunuz: qonaqlar hakimi almışdı, yoxsa başqa bir şeyi?

– Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər. Bax, bunu nəzərdə tutaraq deyirəm ki, “Neftçi”yə bu cür xal lazım deyildi.

– Final fitindən sonra hamı meydançaya axışmışdı. Səbəb nə idi?

– Həm Antonun həmin epizoduna etiraz edirdik, həm də əlavə olunan 5 dəqiqə bitdikdən sonra final fitinin səslənməməsinə.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ