Eden Azar: “Bu, hələ son deyil, Bakıda kuboku qazanmağa çalışacağıq”
Idman
Oxunub: 815
10 may 2019 | 15:00
Eden Azar: “Bu, hələ son deyil, Bakıda kuboku qazanmağa çalışacağıq”














“Hazırda komandadakı gələcəyimi yox, klubum üçün nə isə qazanmağı düşünürəm. Bu, son oyunum olacaqsa, hər şey etməyə çalışacağam. Hələ heç nə bilmədiyimdən, finalda qələbə qazanmağa çalışacağam”.

Bunu İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar Bakıda “Arsenal”a qarşı keçirəcəkləri Avropa Liqasının final oyunu barədə danışarkən deyib. Belçikalı yarımmüdafiəçi bildirib ki, Almaniya “Ayntraxt”ı ilə Londonda keçirdikləri yarımfinal mərhələsinin cavab görüşü çox ağır alınıb: “İlk oyunda qələbə qazandıqda cavab matçında finala vəsiqə qazanacağınızı düşünə bilirsiniz. Xüsusən, evdə bu, bir qədər asan olur. Amma bu gün belə deyildi. Düzdür, yenə əla oyun keçirdik. Amma Avroliqanın yarımfinalı heç də asan olmur. Sonda penaltilərlə qələbə qazandıq və bundan sadəcə məmnunuq. İndi biz Bakıya gedirik və kuboku qazanmağa çalışacağıq”.

Azar penalti seriyasında son zərbəni dəqiq yerinə yetirərək, komandasını finala çıxarıb. O, həlledici zərbənin məsuliyyətini hər zaman öz üzərinə götürdüyünü açıqlayıb: “İlk yarıda biz çox yaxşı oyun sərgiləyirdik. Amma sonradan həmişəki kimi, ikinci hissənin əvvəllərində qol buraxdıq. Nəticədə hər şey, o cümlədən, penalti seriyalarında şanslar 50:50 nisbətində oldu. Çünki penaltilərdə necə olacağını bilmirsən. Mən isə hər zaman məsuliyyəti öz üzərimə götürürəm. Qol vurdum və uşaqlar, azarkeşlər xoşbəxtdirlər. Amma bu, hələ son deyil. Qarşıda “Arsenal”a qarşı final oyunumuz var. Bizə Bakıya gedib keyfiyyətli oynamaq və qələbə qazanmaq lazımdır”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Çelsi” – “Arsenal” matçı saat 23:00-da başlanacaq. Bu oyundan sonra Eden Azarın İspaniya “Real Madrid”inə keçəcəyi gözlənilir.

Bombardir.az
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...