“Vəzifəm anamın, bacımın yanında olmaq idi” – Mahir
Idman
Oxunub: 764
13 may 2019 | 09:43
“Vəzifəm anamın, bacımın yanında olmaq idi” – Mahir


“Əslində bombardirlik ikinci planda idi. Çünki bu, əvvəlcədən məlum idi. Sadəcə, bu gün “Neftçi”yə uduzmağımızı istəmirdim. Onlara qalib gəlməyin həzzi başqadır. Çünki bu, derbidir. Sevinirəm ki, qalib gəldik və çempion olduq. Çempion ola bilməsəydik, əziyyətimiz yerdə qalacaqdı. Komandamız bunun üçün çox əziyyət çəkmişdi”.

“Report”a istinadən məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Mahir Mədətov səfərdə “Neftçi”yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra jurnalistlərə müsahibəsində deyib. Ən yaxşı bombardir üçün nəzərdə tutulan mükafatı da alan Mədətov digər sualları da cavablandırıb…

– Qış fasiləsindən sonra oyununuzda irəliləyişlər nə ilə əlaqədardır?

– Ailə problemlərim artıq heç kimə sirr deyil. Hər şeyin başında bu durur. Sadəcə, gördüm ki, iş burdadır, ailə burdadır. Tənzimləmək istəyirdim. Amma gördüm ki, həm ordan, həm də burdan oluram. Kapitanımız Rəşad Sadıqova və baş məşqçimiz Qurban Qurbanova bu haqda danışdım. Onlar da dəstək olduqdan sonra oyunumda artıma nail oldum.

– Mövzudan söz düşmüşkən, sosial şəbəkələrdə paylaşılan şəxsiyyət vəsiqəsi sizə məxsusdur?

– Bəli. Babamın adı Emrelini özümə soyad götürmüşəm. Bu, anamın soyadı deyil. Babam yarı avar, yarı azərbaycanlı olub. Ailəmizdə bu soyad bir dayım oğlunda, bir də məndədir.

– Bu problem gələcək karyeranıza psixoloji təsir göstərməyəcək?

– Xeyr. Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün şok keçirdim.

– Adətən, belə problemlər olduqda futbolçuda eniş baş verir. Amma sizdə bu cür hal müşahidə olunmadı…

– Eniş getsəydi, anam və bacım çox pis olardılar. Gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə onları da sevindirim.

– Qızıl medalı da onlara həsr edirsiniz?

– Hər şeyi. Çempionluğu da, bombardirliyimi də.

– Gələcək mövsüm formanızda “Emreli” yazılacaq?

– Xeyr, Mahir. Artıq soyad məsələsini unudaq.

– Mövsümün gedişində Yunanıstan AEK-inə keçəcəyinizə dair xəbərlər yayılmışdı…

– Bunu yeni mövsümdə görəcəyik. Ola bilər ki, xaricə üz tutum. Avropada yaxşı klub, oynaya biləcəyim yer olsa, can-başla gedərəm. AEK isə məni hələ “Kopenhagen”ə qalib gələrək, Çempionlar Liqasına vəsiqə qazandığımız vaxt istəyirdilər. Son olaraq, rəsmi təklif göndərdikləri vaxt mövsümün ikinci hissəsinə 3 gün qalırdı, “Neftçi” ilə oyuna hazırlaşırdıq. Hələ “Qarabağ”la 1 illik müqaviləm var. Ən böyük problem transfer haqqıdır.

– Sizcə, AEK lazımi məbləği verməz?

– Verər. Sadəcə, fikirləşirlər ki, Azərbaycan çempionatıdır. Amma bir nüans da var ki, Avropada nadir hallarda eyni klub ard-arda 5 il avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. “Qarabağ” kiçik yox, hörmətə layiq klubdur. Ona görə də klubumun məndən ötrü transfer məbləği istəməyə tam haqqı çatır.

– Son oyunlarda “Qarabağ”ın lideri kimi görünürdünüz…

– Bunu hiss etmisinizsə, nə xoş halıma.
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır