“Mahir uşaqlıq edir, qoy, bu cür də davam etsin" — Anar Mədətov
Idman
Oxunub: 993
10 in 2019 | 18:23
“Mahir uşaqlıq edir, qoy, bu cür də davam etsin" — Anar Mədətov












Xəbər verdiyimiz kimi, 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan-Macarıstan oyunununda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər. Millimizin yeganə qolunu 69-cu dəqiqədə Mahir Emreli vurub.
Anar Mədətov: Mahirə mesaj yazdım, uşaqlıq edir

Oxu.Az-ın əməkdaşı Azərbaycana qol sevinci yaşadan Mahirin uğuru ilə bağlı son vaxtlar qalmaqal yaşadığı atasının - prodüser Anar Mədətovun hisslərini öyrənib.

A.Mədətov oğlunun ondan imtina etməsinə baxmayaraq, oyunu diqqətlə izlədiyini deyib:
“Oyun günü mən xaricdə idim. Oyunu diqqətlə izlədim. Oğlum qol vurdu. Bizim komandada hədəfdə başqa oyunçu idi, lakin Mahir öz sözünü bu oyunda da deyərək, rəqib komandanın qapısına qol vurdu. Mən oğlumu mesaj yazıb təbrik etdim. Maraqlı deyil, Mahir nə yazdı, nə pozdu, hansı addım atdı, soyadını dəyişdi... O, Anar Mədətovun oğludur. Bunu hamı bilir”.

Mahirin soyadını dəyişməsi məsələsinə bir daha toxunan prodüser bunu “boş şey” adlandırıb:

“Mahir uşaqlıq edir, qoy, bu cür də davam etsin. Məşqçiləri ona başa salmalıdırlar ki, səni Azərbaycanda hamı Anarın oğlu kimi tanıyır. Elnurənin oğlu desələr, heç kəs tanımayacaq. Mən ata kimi də öz missiyamı yerinə yetirirəm və yetirməkdə davam edirəm. Uşaqlarımdan imtina etməmişəm. Mən onlara görə lazım gəlsə, kimi istəsəniz, didərəm”.

Qeyd edək ki, həm Mahirin, həm də onun bacısı Ayişənin soyadını dəyişməsinə Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılaraq, vizajist Samirə adlı xanımla ailə qurması səbəb olub.
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan