“Üzr istəyirəm, utancvericidir” – Millinin baş məşqçisi çətin suallar qarşısında – Müsahibə
Idman
Oxunub: 734
12 in 2019 | 09:47
“Üzr istəyirəm, utancvericidir” – Millinin baş məşqçisi çətin suallar qarşısında – Müsahibə


“Bu hesabdan sonra nəsə demək çətindir. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar”.

Qol.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 uduzduqlları oyundan sonra mətbuat konfransında deyib.

Biabırçı məğlubiyyəti şərh edən xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Oyuna yaxşı başladıq, bəzi anlarda topa sahib olduq, kombinasiyalı hücumlar qurmağa çalışdıq. Lakin rəqibin ilk həmləsində qol buraxdıq. Ramil Şeydayevin qolundan sonra geridönüşə ümid yarandı. Araz Abdullayevin fərqlənmək imkanı oldu. Hesab 1:4 olduqda oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodur. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil.

– Əvəzetmələrdə gecikdiyinizi düşünmürsünüz?

– 1:5 hesabından sonra belə məsələləri müzakirə edə bilərik. 55-60-cı dəqiqələrdən sonra dəyişiklik etməyi düşünürdüm.

– Bu gün yalnız Ramil Şeydayev mübarizə apardı. Millinin heyətində cəmi 1 futbolçu sarı vərəqə alırsa, orda mübarizədən söhbət gedə bilməz…

– Bu fikirlə razı deyiləm. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra fiziki və psixoloji cəhətdən rəqiblə oynamaq çətin idi.

– 5-ci qolda hansı hissləri keçirdiniz və buna görə azarkeşlərdən üzr istəmək fikriniz varmı?

– Əlbəttə. 85-ci dəqiqədə 5-ci topu buraxdıq. Bu, mənim və komandam üçün böyük şok idi. Belə məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm.

– Slovakiyada bir futbolçunun qiymətinin 25 milyon avro olduğunu dediniz. Halbuki Fransada Mbappenin qiyməti bütün Türkiyə millisindən yüksəkdi. Meydanda pul rol oynamır. Bu gün futbol olmadı. Bu nəticəyə görə xəcalət çəkirsinizmi?

– Bəli, utancverici nəticədir. Slovakiyanın oyunçuları Avropanın aparıcı klublarında çıxış edir. Onlara qalib gəlmək üçün xüsusi günlərindən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi belə, Malta önündə çətinlik çəkmişdi. Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdülər. Əlimizdən gələni etməliyik ki, onlara qarşı mübarizə apara bilək.

– Məşqçi yox, bir azarkeş kimi yığmanın oyununu necə şərh edərdiniz və evdə bu hesabla uduzduqsa, bizi səfər matçlarında bundan da ağır məğlubiyyətlər gözləyir?

– Bu nəticə ilə böyük şok keçirdim. Hər kəsi başa düşürəm. Futbolda böyük rəqiblərə qarşı oynadıqda yaxşı nəticə qazanmaq üçün günündə olmalısan. Futbol situasiyalı oyundur. Sağa və ya sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilir. Bəzi kiçik nüanslar oyunun taleyinə təsir edə bilir.

– Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduq. Hərçənd bu dəfə məntiqi ardıcıllıq pozuldu. Növbəti görüşdə 1:6 hesabı ola bilərmi?

– Növbəti oyunda daha yaxşı olacağımıza və böyükhesablı məğlubiyyətlə üzləşməyəcəyimizə inanıram.

– İndiyə qədər bura gələn əcnəbi məşqçilər bir neçə ildən sonra daha uğurlu nəticələrin olacağını deyib. 3 oyunda 10 top buraxan milli komandanın yaxşı olması üçün nə qədər vaxta ehtiyacı var?

– Bugünkü məğlubiyyətdən sonra bu suala cavab vermək çətindir. Bu gün uğursuz nəticə oldu. Amma inanıram ki, komandamız daha yaxşı çıxış edə bilər. İndi böyük təhlil etməyə dəyməz.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...