12-06-2019, 12:29 Oxunub: 236

“Fransanı yox, İslandiyanı məğlub etsəydik, yaxşı olardı” - Şenol Günəş

“Fransanı yox, İslandiyanı məğlub etsəydik, yaxşı olardı” - Şenol Günəş



Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin seçmə mərhələsində İslandiyaya 0:2 hesablı məğlubiyyətdən danışıb. “Qafqazinfo” xəbər verir ki, çalışdırıcı Fransanın daimi favorit olduğunu bildirib.

Təcrübəli məşqçi sona qədər mübarizə aparacaqlarını deyib: “Fransa qrupun əsas favoritidir. Bu səbəbdən bizim mübarizə aparacağımız rəqib İslandiyadır. Fransanı deyil, İslandiyanı məğlub etsəydik, daha yaxşı olardı. Rəqib burda aldığı 3 xalla mübarizəyə girdi. Biz qalib gəlsəydik və ya heç-heçə etsəydik, hər şey bizim leyhimizə olacaqdı.

Zədəli futbolçuların olması da qarşılaşmaya təsir etdi. Komandanı dəyərləndirsək, daha yaxşı oyun göstəririk. 3 gün ərzində iki oyun oynamaq da çətindir. Həm hazırlaşmaq üçün vaxtımız az oldu, uzun bir səfərə çıxdıq. Bütün bunlar qarşılaşmaya təsir etdi. Standart vəziyyətlərdən istifadə edəcəklərini düşünürdük. Belə də oldu. Rəqibin hündürboylu futbolçuları onlar üçün üstünlük yaradırdı”.
Obradoviç biabırçı məğlubiyyətdən danışdı Obradoviç biabırçı məğlubiyyətdən danışdı Idman Qurban Qurbanov: “Məğlub olmağı bacarmaq lazımdır” Qurban Qurbanov: “Məğlub olmağı bacarmaq lazımdır” Idman “Azərbaycan real qol şansı yarada bilmədi” – Litva millisinin baş məşqçisi “Azərbaycan real qol şansı yarada bilmədi” – Litva millisinin baş məşqçisi Idman Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi məlum oldu Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi məlum oldu Idman Qurban Qurbanov: Oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı Qurban Qurbanov: Oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı Idman