Madridi fəth edən azərbaycanlı: Məqsədim “Real” və “Barselona”da oynamaqdır – Fotolar
Idman
Oxunub: 818
18 in 2019 | 10:01
Madridi fəth edən azərbaycanlı: Məqsədim “Real” və “Barselona”da oynamaqdır – Fotolar


“Gələcək məqsədim Madrid “Real”ına, yaxud da katalonların “Barselona”sına düşməkdir”. Bunu Sputnik Azərbaycan-a müsahibəsində “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı çərçivəsində keçirilən dünya çempionatının qalibi ola gənc azərbaycanlı qapıçı Ayxan Əlizadə deyib. Çempionat bu il Madriddə keçirilib.

“Böyüyəndə Madrid “Real”ı və katalonların “Barselona”sı kimi məşhur klublarda çıxış etmək istəyirəm. Dünyanın aparıcı qolkiperləri ilə birlikdə məşq etmək və onların təcrübəsini öyrənmək niyyətindəyəm. Mən həmçinin Çempionlar Liqasının finalçıları, oyunlarını canlı olaraq izlədiyim “Tottenhem” və “Liverpul”un qapıçılarından çox şey öyrənmişəm” – deyə Əlizadə bildirib.

Madridi fəth edən azərbaycanlı: Məqsədim “Real” və “Barselona”da oynamaqdır – Fotolar


Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı çərçivəsində keçirilən dünya çempionatının qalibi ola gənc azərbaycanlı qapıçı Ayxan Əlizadə (sağda)
Yeniyetmə qapıçı, “Sabah” futbol klubunun U12 komandasının üzvü Madriddə çoxmillətli Antiguan Racer komandasının heyətində çıxış edib. Bu komanda final matçında penaltilər seriyasında qələbə qazanıb. Əlizadə iki 11 metrlik cərimə zərbəsinin qarşısını alaraq bu qələbədə həlledici rol oynayıb.

“Penaltilər seriyasında mən özümə əmin idim, çünki 11 metrlik zərbələrin qarşısını yaxşı alıram. Bu planda mənim böyük təcrübəm var. Nəticədə iki dəfə penaltini geri qaytardım və komandama qələbə qazanmaqda kömək etdim” – deyə Əlizadə əlavə edib.

İdmançının sözlərinə görə, “Dostluq üçün futbol” layihəsində iştirak ona gələcək karyerası üçün faydalıdır.

“Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Orada başqa ölkələrdən olan uşaqlarla tanış oldum. Keçmişdə məşhur olan futbolçular daim onlarla məşğul olur. Çox şadam ki, belə nəhəng yarışda iştirak edirəm və əminəm ki, bu, mənə gələcəkdə qapıçı kimi inkişaf etməyə kömək edəcək” – Ayxan əlavə edib

Madridi fəth edən azərbaycanlı: Məqsədim “Real” və “Barselona”da oynamaqdır – Fotolar


Gənc azərbaycanlı qapıçı Ayxan Əlizadə (birinci sırada mərkəzdə)
Perspektiv qapıçı Avro-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının keçirdiyi üç oyunda uduzması ilə bağlı da fikirlərini söyləyib.

“Yəqin əsas səbəb komandamızın daha təcrübəli, dünya çempionatında iştirak etmiş rəqib komandalarla qarşı-qarşıya gəlməsidir. Bununla yanaşı, ümid edirəm ki, Azərbaycan yığması mundiala düşəcək. İstənilən halda mən ona azarkeşlik edəcəyəm və dəstək verəcəyəm” – deyə gənc qapışı əlavə edib.

Qeyd edək ki, bu mövsümdə “Dostluq üçün futbol” layihəsində Ayxan Əlizadə ilə yanaşı Azərbaycanı onun klub yoldaşı Babamirzə Mehdiyev, futbolçu Fatimə Məhərrəmli, gənc jurnalist Timur Jeltenko təmsil edib. “Sabah” futbol klubunun U12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov, layihənin Azərbaycan təmsilçisi isə Rüstəm Əzimovdur.

Madridi fəth edən azərbaycanlı: Məqsədim “Real” və “Barselona”da oynamaqdır – Fotolar


Gənc azərbaycanlı qapıçı Ayxan Əlizadə (soldan üçüncü)
Yeri gəlmişkən, Madriddə Samir Əbdürəhmanov “Dostluq üçün futbol” Beynəlxalq Məşqçilər Akademiyasının sertifikatını alıb. Azərbaycanlı məşqçiyə sertifikatı əfsanəvi braziliyalı futbolçu Roberto Karlos təqdim edib.

“Təlimdə 70-dək mütəxəssis iştirak edib və mən çox şadam ki, şəxsən Roberto Karlosun əlindən sertifikat alan 15 məşqçidən biriyəm. Bu, çox faydalı kurs idi və orada olduqca faydalı biliklər əldə etdim. Onlar mənə gələcəkdə lazım olacaq” – deyə Əbdürəhmanov Sputnik Azərbaycan-a bildirib.

Yetirməsinə gəlincə, mütəxəssis əmindir ki, Ayxanın böyük gələcəyi var: “O, son dörd ildə mənimlə məşq edir və ən başdan görünürdü ki, perspektivli oğlandır. Finalda iş penaltilər seriyasına qalanda, əmin idim ki, Ayxan burada açar rolu oynayacaq. O, digər beynəlxalq turnirlərdə də bizi dəfələrlə 11 metrlik zərbələrdən xilas edib”.

“Sabah” klubunun uşaqlardan ibarət komandasının baş məşqçisi hesab edir ki, Azərbaycanda aşağı yaşda olan futbolçular arasında çoxlu istadadlar var.

Madridi fəth edən azərbaycanlı: Məqsədim “Real” və “Barselona”da oynamaqdır – Fotolar




Gənc azərbaycanlı qapıçı Ayxan Əlizadə (sağdan ikinci)
“Əlbəttə, çox istərdim ki, onlar böyüyəndə də özlərini yaxşı futbolçu kimi ifadə edə bilsinlər. Əgər yetirmələrim gələcəkdə Azərbaycanın milli yığmasına düşsələr, özümü məşqçi kimi xoşbəxt sayaram. Mən istedadlı uşaqlarımıza inanıram” – Əbdürəhmanov əlavə edib.

Qeyd edək ki, “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə ehtiram və tolerantlığı tərbiyə etməkdir.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...