6-07-2019, 14:22 Oxunub: 491

“Yuventus” türk futbolçu transfer etdi

“Yuventus” türk futbolçu transfer etdi













Türkiyə milli komandasının və İtaliyanın “Sassuolo” klubunun üzvü Merih Demiral “Yuventus”a keçib.
21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Yuventus” bu transfer üçün “Sassuolo”ya 18 milyon avro ödəyib.
Qeyd edək ki, “Fənərbağça” futbol məktəbənin yetirməsi olan Demiral 2017-2018-cu illərdə “Sportinq B” komandasında oynayıb. 2018/2019 mövsümünü icarə əsasında “Alanyaspor”da keçirən müdafiəçini “Alanyaspor” 3,5 milyon avroya heyətinə qatıb. Türkiyə təmsilçisi qısa müddət sonra isə Demiralı 9,25 milyon avroya “Sassuolo”ya satıb.

Ötən ildən Türkiyə millisinə də dəvət alan futbolçu burada 4 oyuna çıxıb.
“Napoli” “Roma”nın futbolçusunu transfer edib “Napoli” “Roma”nın futbolçusunu transfer edib Idman Avropada transfer bombası partladı: 126 milyon avro - RƏSMİ Avropada transfer bombası partladı: 126 milyon avro - RƏSMİ Idman “Neftçi” “Qarabağ”ın futbolçusunu transfer etdi – Foto “Neftçi” “Qarabağ”ın futbolçusunu transfer etdi – Foto Idman Arda Turanın qiyməti rekord həddə düşdü — Transfer qiyməti ucuzlaşan futbolçular Arda Turanın qiyməti rekord həddə düşdü — Transfer qiyməti ucuzlaşan futbolçular Idman "Qarabağ" braziliyalı futbolçu transfer etdi Idman