6-07-2019, 16:44 Oxunub: 450

“Trabzonspor” avrokuboklardan kənarlaşdırıldı

“Trabzonspor” avrokuboklardan kənarlaşdırıldı













Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası Türkiyənin klubu “Trabzonspor”la bağlı qərarını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, qərarda klubun 20 may 2016-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirmədiyi vurğulanıb.

Nəticədə Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası “Trabzonspor”un 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakını dayandırıb.

Qeyd olunub ki, cəzanın qüvvədən düşməsi üçün klub 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturlaşdırılması üzrə yeni milli qaydaların tətbiqini həyata keçirməli, maliyyə monitorinqi ilə yanaşı 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirməlidir.
“Mançester Siti”nin başı dərddə – UEFA cəza verir “Mançester Siti”nin başı dərddə – UEFA cəza verir Idman UEFA səfər qolu üstünlüyünü ləğv edəcək UEFA səfər qolu üstünlüyünü ləğv edəcək Idman UEFA UEFA "Qarabağ" və "Qəbələ"yə yenidən vəsait ayırdı Idman Bəhram Bağırzadənin yerinə Zabit Səmədov – UEFA-dan Bəhram Bağırzadənin yerinə Zabit Səmədov – UEFA-dan "Qarabağ" düzəlişi Idman UEFA avrokuboklarda mükafatı artırdı UEFA avrokuboklarda mükafatı artırdı Idman