8-07-2019, 09:29 Oxunub: 374

Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurublar.

“Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib.

Millimizlə yanaşı Yaponiya komandası da 3-cü yeri tutub. Koreya 2-ci, Rusiya isə 1-ci olub. Qeyd edək ki, 2 gün əvvəl cüdoçumuz Hidayət Heydərov Universiadanın fərdi yarışlarında gümüş medal qazanıb.
Bu gün daha bir cüdoçumuz mübarizəyə qoşulacaq Bu gün daha bir cüdoçumuz mübarizəyə qoşulacaq Idman Cüdoçularımız Avropa çempionatında daha iki medal qazandı Cüdoçularımız Avropa çempionatında daha iki medal qazandı Idman Cüdo yığmamız Avropa çempionatının bürünc medallarını qazandı Cüdo yığmamız Avropa çempionatının bürünc medallarını qazandı Idman Cüdoçularımız Avropa Kubokunun qalibi oldu Cüdoçularımız Avropa Kubokunun qalibi oldu Idman Cüdoçularımız 8 medal qazandılar Cüdoçularımız 8 medal qazandılar Idman