12-07-2019, 10:26 Oxunub: 269

“Neftçi” Azərbaycanın aktivinə ən çox xalı yazdırıb

“Neftçi” Azərbaycanın aktivinə ən çox xalı yazdırıb

Azərbaycan klubları avrokuboklarda I təsnifat mərhələsinin ilk oyunlarını 0,375 reytinq xalı ilə başa vurublar.

“Report”un məlumatına görə, bu xallardan 0,250-ni “Neftçi” komandası qazanıb. Flaqman Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə “Sperantsa”nı Moldovada 3:0 hesabı ilə məğlub edib. 0,125 xalı isə aktivinə “Qarabağ” yazdırıb.

Ağdam klubu Albaniyada “Partizani” ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünü heç-heçə ilə başa vurub – 0:0. Əvəzində “Səbail” evdə Rumıniyanın “Universitatya” (Krayova) komandasına 2:3 hesabı ilə uduzduğu üçün reytinq xalı qazana bilməyib.

Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırsa da, 26-cı pillədə qalıb. 25-ci pillədə isə 16,750 xalla Qazaxıstan qərarlaşıb.
“Neftçi” Azərbaycanın aktivinə ən çox xalı yazdırıb
“Neftçi” Azərbaycanın aktivinə ən çox xalı yazdırıb
“Səbail” və “Neftçi” Avropa Liqasında ilk oyununu keçirəcək “Səbail” və “Neftçi” Avropa Liqasında ilk oyununu keçirəcək Idman Avrokubokda “Qababağ”ın səfər, “Səbail”in ev oyunu canlı yayımlanacaqmı? Avrokubokda “Qababağ”ın səfər, “Səbail”in ev oyunu canlı yayımlanacaqmı? Idman “Qarabağ” Çempionlar Liqası tarixinin ən yaxşıları arasında “Qarabağ” Çempionlar Liqası tarixinin ən yaxşıları arasında Idman “Neftçi” yeni mövsümdə ilk qələbəsini qazanıb “Neftçi” yeni mövsümdə ilk qələbəsini qazanıb Idman “Qarabağ”ın qələbəsi Azərbaycanın xalını artırdı – UEFA reytinqi “Qarabağ”ın qələbəsi Azərbaycanın xalını artırdı – UEFA reytinqi Idman