Bu gün “Neftçi” “Arsenal”la, “Qəbələ” “Dinamo” ilə qarşılaşacaq
Idman
Oxunub: 772
25 iy 2019 | 11:56
Bu gün “Neftçi” “Arsenal”la, “Qəbələ” “Dinamo” ilə qarşılaşacaq

Bu gün “Qəbələ” və “Neftçi” komandaları UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcəklər.

“Report” xəbər verir ki, “qırmızı-qaralar” bu mövsüm qitəmiqyaslı turnirdə ilk matça çıxacaqlar. Rəqib isə Gürcüstanın “Dinamo” (Tbilisi) komandası olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmanı şotlandiyalı referi Nikolas Uolş idarə edəcək.

Bu kollektivlər 4 ildən sonra yenidən üz-üzə gələcəklər. 2015-2016 mövsümündə keçirilmiş Avropa Liqasının I təsnifat mərhələsinin oyularında “Qəbələ” Tbilisidə 1:2 hesabı ilə uduzsa da, evdə 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. Həmin mövsüm Azərbaycan təmsilçisi tarixində ilk dəfə qrup mərhələsinədək irəliləməyi bacarıb.

Azərbaycan Kubokunun qalibi kimi avrokuboklara qatılan “Qəbələ”dən fərqli olaraq, “Dinamo” bu mövsüm mübarizəyə I təsnifat mərhələsindən başlayıb. Tbilisi komandası Andorra “Enqordani”sini evdə 6:0, səfərdə 1:0 hesabı ilə yenib. Bu komanda ötən mövsümü gümüş medalla başa vurduğu halda hazırda 21 oyundan 41 xalla liderdir. “Qəbələ” – “Dinamo” cütünün qalibi növbəti mərhələdə Hollandiya “Feyenoord”u ilə üz-üzə gələcək.

Flaqman isə Rusiyada “Arsenal”ın qonağı olacaq. Tula şəhərindəki “Arsenal” mərkəsi stadionunda təşkil olunacaq qarşılaşmaya Enea Yorcinin rəhbərliyi altında albaniyalı hakimlər briqadası təyinat alıb. “Neftçi”nin ilk mərhələdə üstələdiyi Moldova “Sperantsa”sı (3:0, 6:0) kimi, bugünkü rəqibi də avrokuboklarda debüt edəcək. Üstəlik, “Arsenal” ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı yeri tutub. Lakin bu komanda mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayır. “Arsenal” – “Neftçi” cütünün qalibi Avropa Liqasının III təsnifat mərhələsində İsrail “Bney Yehuda”sı ilə qarşılaşacaq.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

19:00. “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Tbilisi, Gürcüstan)

Baş hakim: Nikolas Uolş

Yan xətt hakimləri: Alan Mulvenni, Cordan Stokoe

Dördüncü hakim: Qavin Dankan (hamısı Şotlandiya)

Hakim-inspektor: Qay Qötalz (Belçika)

UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr)

Qəbələ şəhər stadionu

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Enea Yorci

Yan xətt hakimləri: Ridiger Çokay, İlir Tartaray

Dördüncü hakim: Klaydi Kola (hamısı Albaniya)

UEFA nümayəndəsi Sergey İliç (Belarus)

Hakim-inspektor: Pavel Saliy (Qazaxıstan)

Tula (Rusiya), “Arsenal” mərkəzi stadionu.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...