6-08-2019, 10:54 Oxunub: 317

“APOEL-in gücü hər kəsə məlumdur” – Qurban Qurbanov

“APOEL-in gücü hər kəsə məlumdur” – Qurban Qurbanov

“APOEL-in gücü hər kəsə məlumdur. Hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur”.

Bunu Azərbaycan çempionu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək APOEL-lə ilk matçına həsr olunan mətbuat konfransında görüş barədə fikirlərini açıqlayıb: “Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub. Bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinədir. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir. Ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındırlar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu azarkeşlər önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq”.

Qeyd edək ki, Kiprin Nikosiya şəhərindəki GSP stadionunda baş tutacaq APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qurban Qurbanov: Bu haqda fikirləşməyə vaxtımız yoxdur Qurban Qurbanov: Bu haqda fikirləşməyə vaxtımız yoxdur Idman “Partizani”nin bu qədər müdafiədə oturacağını gözləmirdik – Qurban Qurbanov “Partizani”nin bu qədər müdafiədə oturacağını gözləmirdik – Qurban Qurbanov Idman "Arsenal"a qarşı maksimum aqressiya ilə oynamalıyıq" — Qurban Qurbanov Idman "Rəqibin heç bir fikri və düşüncəsi bizi maraqlandırmır" — Qurban Qurbanov Idman Qurban Qurbanov: İnter əsas heyətlə oynasaydı, daha yaxşı olardı Qurban Qurbanov: İnter əsas heyətlə oynasaydı, daha yaxşı olardı Idman