7-08-2019, 09:44 Oxunub: 315

Kiprdə Azərbaycana qarşı növbəti təxribat – “Qarabağ”ın oyununda erməni bayrağı

Kiprdə Azərbaycana qarşı növbəti təxribat – “Qarabağ”ın oyununda erməni bayrağı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL – “Qarabağ” oyununda təxribata əl atılıb.

Oxu.Az-ın xəbərinə görə, oyunun keçirildiyi QSP arenasında meydanın “Qarabağ”a aid olan hissəsinə yaxın yerdə Yunanıstan bayrağı ilə yanaşı Ermənistan bayrağı da asılıb.

Hazırda Kiprdə olan “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Oxu.Az-a açıqlamasında belə deyib: “O bayraqdan xəbərimiz var. Biz daha əvvəl də bu barədə UEFA nümayəndələri ilə danışmışıq. Əgər qondarma Dağlıq Qarabağ bayrağı olsaydı, onu deyib yığışdırmaq olardı. Amma Ermənistan müstəqil dövlət olduğu üçün təəssüf ki, buna qarışmaq imkanımız yoxdur”.

Qeyd edək ki, daha əvvəllər də Azərbaycan klubları bu ölkədə oynayarkən Kipr yunanları və ermənilərin təxribatı ilə üzləşib. Belə ki, “Neftçi”nin APOEL və “Qəbələ”nin “Apollon”la görüşlərində Azərbaycan bayrağı yandırılıb, qondarma Dağlıq Qarabağın bayrağı yüksəldilib.
Dino Ndlovu: “Qarabağ” – APOEL cütündə şansları 50-nin 50-yə hesab edirəm” Dino Ndlovu: “Qarabağ” – APOEL cütündə şansları 50-nin 50-yə hesab edirəm” Idman “Dedim ki, səhnədə erməni bayrağı olmayacaq” — Bayrağımızı yüksəldən xalq artisti – VİDEO “Dedim ki, səhnədə erməni bayrağı olmayacaq” — Bayrağımızı yüksəldən xalq artisti – VİDEO Medeniyyet / Video Erməni qız Azərbaycan bayrağı ilə... - FOTO Erməni qız Azərbaycan bayrağı ilə... - FOTO Hadise Erməni azarkeş “Qarabağ”ın oyununda təxribat törətməyə çalışdı – Fotolar Erməni azarkeş “Qarabağ”ın oyununda təxribat törətməyə çalışdı – Fotolar Idman Türk bayrağını yerə atan erməniləri BELƏ DÖYDÜLƏR - VİDEO Türk bayrağını yerə atan erməniləri BELƏ DÖYDÜLƏR - VİDEO Hadise