7-08-2019, 10:33 Oxunub: 326

Qurban Qurbanov: “Futbolçular meydanda yaxşı vuruşdular”

Qurban Qurbanov: “Futbolçular meydanda yaxşı vuruşdular”

“Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifar mərhələsinin ilk matçında Kiprdə APOEL-i məğlub etdikləri (2:1) matçdan sonra mətbuat konfransında söyləyib.

47 yaşlı mütəxəssis deyib ki, rəqibin gücü hamıya məlumdur və ilk dəqiqələrdən təzyiq yaradacaqlarını bilirdik: “APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbə qazanmağımıza baxmayaraq, arxaynlaşmayacağıq.Yaxşı başa düşürük ki, Bakıda bugünkü oyundan daha ağır qarşılaşma bizi gözləyir. Bu matçı analiz edib cavab görüşündə daha hazırlıqlı olmalıyıq”.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.
“APOEL-in gücü hər kəsə məlumdur” – Qurban Qurbanov “APOEL-in gücü hər kəsə məlumdur” – Qurban Qurbanov Idman “Qarabağ” APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq “Qarabağ” APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq Idman Qurban Qurbanov: Bu haqda fikirləşməyə vaxtımız yoxdur Qurban Qurbanov: Bu haqda fikirləşməyə vaxtımız yoxdur Idman “Partizani”nin bu qədər müdafiədə oturacağını gözləmirdik – Qurban Qurbanov “Partizani”nin bu qədər müdafiədə oturacağını gözləmirdik – Qurban Qurbanov Idman Qurban Qurbanov: Qurban Qurbanov: "Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" Idman