7-08-2019, 14:11 Oxunub: 346

Anar Mədətov ondan imtina edən oğlunun VİDEOSUNU PAYLAŞDI

Anar Mədətov ondan imtina edən oğlunun VİDEOSUNU PAYLAŞDI

25 illik həyat yoldaşı Elnurə xanımdan ayrılaraq ikinci dəfə ailə həyatı quran prodüser Anar Mədətov, ondan üz döndərən oğluna İnstaqram-da jest edib.
Milli.az xəbər verir ki, prodüser ikinci dəfə ailə qurduğu üçün ata soyadıından imtina edən "Qarabağ"ın və millinin futbolçusu Mahir Emrelinin dünən "Apoel"ə vurduğu qolun videosunu paylaşıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi "Apoel"ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.
Xatırladaq ki, A.Mədətov birinci xanımı Elnurə Mədətova ilə boşanıb. O, artıq özünə yeni həyat yoldaşı da tapıb. Atasının yenidən ailə qurmasını istəməyən Azərbaycan millisinin və "Qarabağ" klubunun üzvü Mahir Emreli ata soyadından və adından imtina etdiyini açıqlayıb.

Atası Mahiri təbrik etdi, o isə… – Foto – Video Atası Mahiri təbrik etdi, o isə… – Foto – Video Idman “Mahir uşaqlıq edir, qoy, bu cür də davam etsin “Mahir uşaqlıq edir, qoy, bu cür də davam etsin" — Anar Mədətov Idman Mahir Mədətov bu kluba məxsus imiş — RƏSMİ AÇIQLAMA Mahir Mədətov bu kluba məxsus imiş — RƏSMİ AÇIQLAMA Idman Mahirdən sonra bacısı da soyadını dəyişdi - Foto Mahirdən sonra bacısı da soyadını dəyişdi - Foto Idman Mahir Mədətov atasına görə formasındakı soyadını da dəyişəcək? – AÇIQLAMA Mahir Mədətov atasına görə formasındakı soyadını da dəyişəcək? – AÇIQLAMA Idman