12-08-2019, 21:41 Oxunub: 275

Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış ediblər

Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış ediblər

Slovakiyada yeniyetmələrin və gənclərin şahmat üzrə Avropa çempionatı başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından trend-ə bildiriblər ki, gənc şahmatçılarımız qitə çempionatında yüksək nəticə göstəriblər.

Çempionatda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan şahmatçılarımız komanda hesabında Rusiyadan sonra ikinci olublar.

Səkkiz yaşlı qızların turnirində Dinarə Hüseynova və 14 yaşlı qızların yarışında Ayan Allaverdiyeva Avropa çempionatının qızıl medalını qazanıblar. Ayan keçən il də bu yaşda Avropa çempionu olub.
Səkkiz yaşlı qızların yarışında digər təmsilçimiz Səadət Bəşirli gümüş medal qazanıb.

Digər iki şahmatçımız - Yusif Kərimli (8 yaşlı oğlanların yarışında) və 8 yaşlıların son Avropa çempionu Cahandar Azadəliyev (10 yaşlı oğlanlar arasında) isə yarışı üçüncü pillədə başa vurublar.
Paralimpiyaçılarımız finalda Paralimpiyaçılarımız finalda Idman Avropa çempionatının son günü — Sərbəst güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazandı Avropa çempionatının son günü — Sərbəst güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazandı Idman İki sərbəst güləşçimiz Avropa çempionu oldu — YENİLƏNİB İki sərbəst güləşçimiz Avropa çempionu oldu — YENİLƏNİB Idman İdmançılarımız Avropa çempionatında medalların sayını artırdılar İdmançılarımız Avropa çempionatında medalların sayını artırdılar Idman Güləş üzrə 23 yaşadək Avropa çempionatından gəncəli güləşçi də medalla dönüb Güləş üzrə 23 yaşadək Avropa çempionatından gəncəli güləşçi də medalla dönüb Idman