14-08-2019, 10:21 Oxunub: 210

““Qarabağ” oyununda Ermənistan bayrağı olmayıb” - Rəsmi

““Qarabağ” oyununda Ermənistan bayrağı olmayıb” - Rəsmi

Bakı şəhər Baş Polis İdarəsi ötən gün keçirilən “Qarabağ” - APOEL oyunu haqda məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda deyilir:

“Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azarkeşlərin rəqib komandaya hücum çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib. Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna “transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

Qəti olaraq bildiririk ki, Bakıda keçirilən oyun zamanı Ermənistan bayrağı dalğalandırılmayıb, bununla bağlı hər hansı fakt qeydə alınmayıb. Əgər varsa, Bakı şəhər Baş Polis İdarəsinə təqdim olunmasını tövsiyə edirik”.
Kiprdə Azərbaycana qarşı növbəti təxribat – “Qarabağ”ın oyununda erməni bayrağı Kiprdə Azərbaycana qarşı növbəti təxribat – “Qarabağ”ın oyununda erməni bayrağı Idman “Qarabağ” APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq “Qarabağ” APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq Idman ÇL-də birinci mərhələyə yekun vurulur ÇL-də birinci mərhələyə yekun vurulur Hadise General: Azarkeşlərin təhlükəsizliyi tam təmin ediləcək General: Azarkeşlərin təhlükəsizliyi tam təmin ediləcək Sosial Çempionlar Liqası həyəcanı başlayır Çempionlar Liqası həyəcanı başlayır Idman