2-09-2019, 15:00 Oxunub: 588

“Sabah”da gecə həyəcanı: Klub prezidenti sözünü deyib getdi

“Sabah”da gecə həyəcanı: Klub prezidenti sözünü deyib getdi

“Sabah” klubunun daxilində qəribə hadisələr yaşanır.

Bu mövsüm iddialı olacağı gözlənilən paytaxt klubu Premyer Liqanın III turunda da qələbəsiz qalıb. “Zirə” ilə 1:1 hesablı heç-heçə ilə yekunlaşan oyunda da xal itirən komandaya əvvəlcə 3 günlük istirahət verilib. Lakin gecə saatlarında bildirilib ki, hazırlaşın, təcili iclas olacaq.

İclas ötən gün saat 13:00-da olub. Klub prezidenti Maqsud Adıgözəlov iclasda bu ifadələri səsləndirib: “Ayrı-ayrılıqda sizin hər birinizə hörmət edirəm. Komanda şəklində isə sizə nifrət edirəm. Bundan sonra nə oyunlarınıza, nə də məşqlərinizdə iştirak etməyəcəm. Mən getdim”.

sportlife.az
Topaz Premyer Liqasında yeni mövsümün püşkü atılacaq Topaz Premyer Liqasında yeni mövsümün püşkü atılacaq Idman “Infiniti” klub ərəblərin qalmaqallı videosundan sonra bağlandı - 3 gündür işləmir “Infiniti” klub ərəblərin qalmaqallı videosundan sonra bağlandı - 3 gündür işləmir Sosial "İnter"in baş məşqçisi klub prezidenti ilə dalaşdı Idman "Xəzər Lənkəran" məşqə başlayır Idman AFFA 4 klubu cərimələdi AFFA 4 klubu cərimələdi Idman