3-09-2019, 12:15 Oxunub: 460

“Sevilya” “Qarabağ”a rəsmi təklif göndərdi: Mahir üçün

“Sevilya” “Qarabağ”a rəsmi təklif göndərdi: Mahir üçün

“Qarabağ”ın hücumçusu Mahir Emrelini heyətinə qatmaq istəyən daha bir klubun adı bəlli olub.

“Sevilya” 22 yaşlı futbolçunu transfer etmək istəyib. İspaniya klubu Mahir üçün hətta “Qarabağ”a rəsmi təklif də göndərib

Sevilyalıların yeni idman direktoru Ramon Monçi hələ “Roma”da işləyərkən Çempionlar Liqasının qrup mərhələsi oyunlarında gördüyü Emrelini “Sevilya”ya cəlb etmək istəsə də, keçid reallaşmayıb.

Buna səbəb isə La Liqa təmsilçisinin millimizin üzvünü “Sevilya”nın B komandasına götürmək istəyi olub. Aşağı liqada oynamaq istəməyən Mahir “Qarabağ”da qalmağa üstünlük verib.

İspaniya klubu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

Millimizin hücumçusu ilə Pireney yarımadasının “Malaqa”, “Ekstremadura” və Fransanın “Genqam” klubları da maraqlanırdı.

///Sportinfo.az
Lopeteqi “Qarabağ”dan danışdı Lopeteqi “Qarabağ”dan danışdı Idman İspaniya klubu Mahirin transferini tamamlamaq istəyir İspaniya klubu Mahirin transferini tamamlamaq istəyir Idman "Kral klubu" “Qarabağ”ın potensial rəqibinə 55 milyon avro təklif etdi Idman Mahir Mədətov İtaliya nəhənginin hədəfində Mahir Mədətov İtaliya nəhənginin hədəfində Idman Kiyev “Dinamo”su “Qarabağ”ın iki futbolçusu ilə maraqlanır Kiyev “Dinamo”su “Qarabağ”ın iki futbolçusu ilə maraqlanır Idman