7-09-2019, 18:19 Oxunub: 391

Qaret Beyl: “Azərbaycan oyunu çətinləşdirdi”

Qaret Beyl: “Azərbaycan oyunu çətinləşdirdi”

“Azərbaycan oyunu çətinləşdirdi. Biz bəzən əlacsız qaldıq”.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Azərbaycanı məğlub etdikləri (2:1) AVRO-2020-nin seçmə mərhələ matçında sonra söyləyib.

30 yaşlı hücumçu ilk yarıda yaxşı çıxış etmədiklərini deyib. İspaniya “Real Madrid”ində çıxış edən oyunçu görüşdə xarakter göstərdiklərini sözlərinə əlavə edib: “Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik. Sona qədər şanslarımızı saxlayacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını evdə Xorvatiyaya qarşı keçirəcək. “Bakcell Arena”dakı matç sentyabrın 9-da saat 20:00-da başlayacaq.
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək Idman “Azərbaycan real qol şansı yarada bilmədi” – Litva millisinin baş məşqçisi “Azərbaycan real qol şansı yarada bilmədi” – Litva millisinin baş məşqçisi Idman Qaret Beylə şok – Ağır cəza gəlir Qaret Beylə şok – Ağır cəza gəlir Idman "Roma"nın futbolçusu: “Qarabağ”la çətin matçda yaxşı nəticə əldə etdik" Idman “Azərbaycan yığmasını siyahıdan silməyə tələsməyin” - MÜSAHİBƏ “Azərbaycan yığmasını siyahıdan silməyə tələsməyin” - MÜSAHİBƏ Idman