İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Idman
Oxunub: 911
13 sen 2019 | 19:45
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl türkiyəli məşhur futbolçu Arda Turan məhkəmə qarşısına çıxıb. Ona 2 il, 8 ay, 15 gün həbs cəzası verilsə də, hökmün oxunması təxirə salınıb. Futbolçu qanunsuz silah gəzdirmək və atəş açmaq ittihamı ilə hakim qarşısına çıxıb. Lakin Türkiyə mətbuatında yayılan xəbərlərə görə, o cəzasız qalacaq.
Ölkəmizdə də müxtəlif vaxtlarda cinayət törədən idmançılar olub. Bəs onlardan hansı cəzalanıb, hansı yox? “Yeni Sabah” bu barədə hazırladığı araşdırmanı sizə təqdim edir:
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Araz Abdullayev

“Qarabağ”ın hazırkı “Neftçi”nin keçmiş yarımmüdafiəçisi Araz Abdullayevin 2013-cü ilin martında törətdiyi avtomobil qəzası bir qadın süpürgəçinin ölümü, digərinin isə ağır yaralanması alması ilə nəticələnmişdi. Ancaq o, törətdiyi cinayət hadisəsinə görə cəzalanmamışdı. Hətta növbəti turda “Neftçi”nin start heyətində oyuna çıxmışdı. Futbolçu “Neftçi”nin o zamankı prezidenti Sadıq Sadıqovun zaminliyi ilə azadlığa buraxılmışdı.
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Cavid Hüseynov

2016-cı ilin avqustunda jurnalist Rasim Əliyev “Qəbələ”nin keçmiş kapitanı, hazırda “Zirə”də çıxış edən Azərbaycan millisinin üzvü Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülərək öldürülüb. Buna görə E.İsmayılov həbs edilmişdi. (O da peşəkar idmançı olub və AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb – Red.)

Cavid Hüseynov isə Cinayət Məcəlləsinin 307.1, 307.2 — bu cinayəti bilib gizlətmə maddəsi ilə ittihamı ilə 3 ay müddətinə həbs edilmişdi.
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Kamil Zeynallı

Cari ilin martında idmançı Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilmişdi. Onun həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsi olmuşdu.
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Məhərrəm Məhərrəmov

Keçən ilin yanvarında "İnter" komandasında 17 yaşlılar üzrə yığmada çıxış edən Məhərrəm Məhərrəmov dostları ilə kafedə yeyib-içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev onları daha yaxşı əylənə biləcəkləri bir məkana aparmalarını istəyiblər. Əvəzində gənclərin hesabını da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib.

M. Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar. Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. Bundan sonra Məhərrəm Məhərromov 8 il müddətinə həbs edilib.
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Sadiq Kərimov

Keçmiş azərbaycanlı samboçu Sadiq Kərimov 2012-ci ildə hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunub və 2015-ci ildə həbs edilib. Onun haqqında kafedə iki nəfərdən, onlara ölümlə hədə-qorxu gələrək, 3 milyon rubl tələb etməsi ittihamı vardı. Qeyd edək ki, o, 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Ehram Məcidov

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov ötən ilin sentyabrında həbs edilib. Buna səbəb səbəb onun qayınatasını vəhşicəsinə döyməsi olub.
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Saday İsmayılov

Güləş üzrə üçqat dünya çempionu adına layiq görülən Saday İsmayılov 2014-cü ildə 12 il 6 ay müddətinə həbs edilib. Keçmiş idmançının həbsinə səbəb isə quldurluq və hədə qoxu ilə pul tələb etmə olub. O dostu ilə birgə biznesmen Əli Məmmədovu hədələyərək 500 min manat tələb edib. Əli Məmmədov pul verməkdən imtina edib. Bu zaman o, Əli Məmmədovu maşında saxlayaraq tələbini davam etdirib. Bundan sonra Əli Məmmədov ona 120 min manat verməyə razılaşıb.

Əli Məmmədov tanışı İmran adlı şəxsə zəng edərək 120 min manat gətizdirib. Həmin məbləği alan Saday İsmayılov qurbanını azad buraxıb. O növbəti dəfə Əli Məmmədovu hədələyərək 150 min manat tələb edib.

Qeyd edək ki, idmançı həm də Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə Federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib.
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Fəqan Eminoğlu

Yaxın günlərdə cüdo millimizin sabiq üzvü Fəqan Eminoğlu bir qrup dəstə ilə Bakıda borclu olan şəxsi oğurlayaraq işgəncə verib və ondan pul tələb ediblər. Nəticədə o və kriminal dəstənin üzvləri polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Fəqan 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında bürünc medal qazanmışdı.
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Nicat Muxatarov

2017-ci ilin sentyabrında “Sumqayıt"ın futbolçusu Nicat Muxtarov 695 metr hava rabitə kabelini oğurlamaqda təqsirləndirilərək həbs edilib. O 3 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.
İdmanımızın kriminalları - Arvadını döyən, kabel oğurlayan, adam öldürən…
Anar Süleymanov

Kikboks üzrə dördqat dünya çempionu, Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanov həyat yoldaşını döydüyü üçün bu il həbs olunub. Zərərçəkmiş Ş. 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh