Gerye “Qarabağ”la olan problemi açıqladı – “İstəsələr sübut edərəm”
Idman
Oxunub: 822
16 sen 2019 | 11:28
Gerye “Qarabağ”la olan problemi açıqladı – “İstəsələr sübut edərəm”

“Neftçi”nin yeni futbolçusu Donald Gerye Premyer Liqanın 4-cü turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı klubunda debüt edən haitili keçmiş komandasına qarşı oynamağın çətinliyindən danışıb.

– Bu gün heç-heçə edə bilərdik. Qol epizodlarımız çox oldu. “Qarabağ” yaxşı komandadır. Məğlub olduq. Yəqin ki, hesab da oyuna görə idi. Növbəti matçlarda daha yaxşı çıxış etməyə çalışacağıq.

– Hiss olunurdu ki, qol vurmaq istəyirsiniz. Hətta 2 zərbəniz dirəkdən qayıtdı. Bu qarşılaşmaya özünüzü “Qarabağa” sübut etmək üçün çıxmışdınız?

– “Qarabağ” da məni tanıyırlar. Özümü kiməsə sübut etmək fikrim yoxdu. Sadəcə, öz oyunumu oynayıb, komandama faydalı olmağa çalışırdım.

– Belə bir məsələ vardı ki, daha çox pul tələb etdiyinizə və klub bununla razılaşmadığına görə “Qarabağ”ı tərk etmisiniz. Haiti mətbuatında hələ də “Qarabağ”a qarşı kin saxladığınız barədə yazılar var idi. Bunlar doğrudurmu?

– Hər şey mənim elektron poçtumda var. Danışmışdıq ki, yeni müqavilə imzalayıram. Onlar iyulun 5-dək maaşın yarısını ödəməli idilər. Həmin vaxt hesabıma köçürmə olmadığını gördüm. Dedilər ki, gəl, bir matçda oyna, maaşının yarısını ödəyəcəyik. Bu, mənə sərf etmirdi. Əgər istəyirlərsə, hər şeyi sübut edə bilərəm.

– Maraqlıdı, nəyə görə məhz “Neftçi”yə keçdiniz? Başqa təkliflər var idi?

– Fransa və Türkiyədə oynamaq variantım oldu. Amma mən “Neftçi”ni seçdim. Onların işə yanaşması daha çox xoşuma gəldi.

– Soni Nordi “Zirə”yə transfer olunduqdan sonra “ora sənin yerin deyil” deyə açıqlama vermişdiniz. “Zirə”ni, yoxsa Azərbaycan Premyer Liqasını nəzərdə tuturdunuz?

– Nordi çox yaxın dostumdu. Biz Haiti millisinin U-17, U-19 yığmalarında birgə çıxış etmişik. Hər gün danışırıq. O, bura gəlmədən öncə mənə yazırdı, soruşurdu. Mən də ona buradakı ən yaxşı klubların “Qarabağ”la “Neftçi” olduğunu bildirdim. Özü Azərbaycanda “Neftçi”, “Zirə” və adı yadımda olmayan daha bir klubdan təklif aldığını demişdi. Mən isə “Belə imkanın varsa, “Neftçi”ni seç” cavabını vermişdim. Mən o sözlə demişdim ki, “Neftçi” variantın varsa, “Zirə” sənin səviyyən deyil. Amma futbol ictimaiyyəti bunu pis qarşıladı. Mən Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki, özüm burada oynayıram. Norde yüksək səviyyəli oyunçudu. Bunu nəzərə alaraq, onun paylaşımına elə bir şərh yazmışdım. Heç kimə heç nəyi sübut etmək istəmirəm. Öz ürəyim var, mən sizə, siz isə mənə hörmətlə yanaşırsınız.

– Düşünmürsünüzmü ki, “Qarabağ”la müqayisədə “Neftçi”də çempion olmaq çətin görünür?

– Futbolda mümkünsüz bir şey yoxdu. Düzdü, hazırda xal fərqimiz çoxdu. Amma çempionatın çox hissəsi irəlidədi. Döyüşsək və daha çox çalışıb-işləsək, hər şey real ola bilər. Özünüz də inanmasaydınız, jurnalist olmayacaqdınız. Sizin kimi biz də istəyimizə çatmaq istəyirik.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...