17-09-2019, 16:53 Oxunub: 555

Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibin xeyriyyə fonduna 100 min dollar köçürüb

Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibin xeyriyyə fonduna 100 min dollar köçürüb

MMA üzrə yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov son döyüşdə məğlub etdiyi Dastin Poryenin xeyriyyə fonduna 100 min dollar köçürüb.

APA-nın məlumatına görə, rusiyalı idmançının bu addımı atmasını ABŞ döyüşçüsünün özü açıqlayıb.

D.Porye bildirib ki, H.Nurməhəmmədov bu məbləği “Good Fight Foundation”un hesabına köçürüb. Bu fond Uqandada içməli su quyusunun tikintisi ilə məşğuldur.

Qeyd edək ki, H.Nurməhəmmədov sentyabrın 7-də BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən UFC-242-də D.Poryeni 3-cü raundda məğlub edib.
Həbib Nurməhəmmədov Puarye ilə görüşdə nə qədər qazanacaq? Həbib Nurməhəmmədov Puarye ilə görüşdə nə qədər qazanacaq? Idman Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir? Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir? Idman Nurməhəmmədov atası ilə rinqə çıxdı — FOTO Nurməhəmmədov atası ilə rinqə çıxdı — FOTO Idman Həbibin növbəti rəqibi Həbibin növbəti rəqibi Idman Nurməhəmmədov – Makqreqor döyüşünün tam VİDEOSU Nurməhəmmədov – Makqreqor döyüşünün tam VİDEOSU Idman / Video